Modern.az

ABŞ dolları kəskin bahalaşa bilər

ABŞ dolları kəskin bahalaşa bilər

İqtisadiyyat

28 Aprel 2017, 20:27

“ABŞ ilə Şimali Koreya arasında müharibə başlasa ən təhlükəsiz valyuta İsveçrə frankı olacaq. Müharibə başlasa, Asiya valyutalarından Çin yuanı və Koreya vonu ən ciddi mənfi təsirə məruz qalan pul olacaq. Hər zaman problemli şəraitlərdə təhlükəsiz valyuta hesab edilən yapon yeninin də bölgəyə yaxın olması səbəbindən ucuzlaşması proqnozlaşdırılır”. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarkanın "Danske Bank"ının analitiki Allan Fon Mehren  bildirib.

Onun sözlərinə görə, ABŞ dollarının bütün valyutalarla müqayisədə kəskin bahalaşması gözlənilir: “Digər ciddi ucuzlaşması gözlənilən valyutalar sırasında isə Cənubi Afrika randı, türk lirəsi, meksika pesosu göstərilib. Metal istehsalçısı ölkələr Braziliya və Çilinin həm iqtisadiyyatlarının, həm də valyutalarının devalvasiyası ehtimal olunur”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir