Modern.az

“Bəzi valideynlər üstünlüyü lisey və gimnaziyalara versələr də, uşaqları I sinfə qəbul olunmayıb”

“Bəzi valideynlər üstünlüyü lisey və gimnaziyalara versələr də, uşaqları I sinfə qəbul olunmayıb”

29 İyun 2017, 11:57

"Bir çox məktəblərdə I sinfə qəbul prosesi bitib. Bəzi valideynlər üstünlüyü lisey və gimnaziyalara veriblər".

Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva I sinfə qəbul zamanı sırf lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonrakı aqibətlərinin necə olması məsələsinə aydınlıq gətirərkən deyib:

"Əgər həmin valideynlərin uşaqları imtahandan keçməyibsə, onların narahatlığı başadüşüləndir. Lakin seçim bütövlükdə cəmiyyətin ixtiyarındadır. Lisey və gimnaziyalara qəbul olunmayan uşaqlar qonşuluqdakı ərazidə yerləşən digər məktəbə yerləşdirilə biləcək. Hazırda lisey və gimnaziyalara qəbul prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə qəbulun nəticələri açıqlanacaq. Hələlik bununla bağlı İdarəyə heç bir müraciət daxil olmayıb. Əhalini tam əmin edə bilərəm ki, istənilən müraciətə həssaslıqla yanaşılacaq".

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir