Modern.az

Samuxda evə yad kişi gətirməyə görə başı qırxılan gəlinlə bağlı TƏFƏRRÜAT  

Samuxda evə yad kişi gətirməyə görə başı qırxılan gəlinlə bağlı TƏFƏRRÜAT   

25 İyul 2017, 11:47

Samux rayonunda gəlinin özünün və ərinin valideynləri tərəfindən işgəncələrə məruz qalması hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynatası, qaynanası və əri tərəfindən döyülüb, başı qırxılıb. Sonra P.İ atasının evinə qaçıb. Valideynlərinə nə üçün döyüldüyünü deyəndən sonra atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov qızına balta ilə ağır bədən xəsarətləri yetirib. Daha sonra qızını boğmağa çalışıb. Məlumata görə, qızın anası gəmiricilərin məhv olunması üçün nəzərdə tutulan zəhərli dərmanı qızına zorla içirib.

Gənc qadın valideynləri tərəfindən məruz qaldığı işgəncələrdən sonra küçəyə qaçıb və huşunu itirərək yerə yıxılıb. Ətrafdakılar tərəfindən təcilli tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 

Hadisə şahidlərinin verdiyi məlumata görə, gənc qadının əri həyat yoldaşı ilə birlikdə olan kişini bıçaqlayıb. 

Qadının atası 1955-ci il təvəllüdlü Famil Məhrrəmov Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Samux RPŞ-də araşdırmalara başlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü