Modern.az

Tillerson vəzifəsindən getməyəcək

Tillerson vəzifəsindən getməyəcək

Aktual

27 İyul 2017, 00:31

ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən getməyəcəyini açıqlayıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət katibi Qətərin xarici işlər naziri ilə görüşündən əvvəl bildirib.

R.Tillerson qeyd edib ki, onun Dövlət Departamentindən getmək niyyəti yoxdur: "Mənim  prezident Trampla da yaxşı münasibətim var. Hələ ki, prezident mənə etimad göstərir, vəzifəmdə qalacam".

Qeyd edək ki, iki gün əvvəl bir sıra ABŞ KİV-lərində R.Tillersonun ilin sonunadək istefa verəcəyi barədə məlumat yayılıb. Məlumata görə, ABŞ xarici siyasət idarəsinin rəhbəri ilə Ağ Ev arasında ciddi fikir ayrılığı mövcuddur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı