Modern.az

Fəzail Ağamalı MÜƏMMASI: “Ona soyuq dəyib, ya ağır xəstələnib?” – AÇIQLAMA  

Fəzail Ağamalı MÜƏMMASI: “Ona soyuq dəyib, ya ağır xəstələnib?” – AÇIQLAMA   

14 Avqust 2017, 11:30

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib.  Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilir.

 

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev Modern.az-a açıqlamasında deyib ki, onda Fəzail Ağamalının səhəti ilə bağlı məlumat yoxdur.

 

“Hazırda deputatların hamısı məzuniyyətdə olduğu üçün məndə bu barədə məlumat yoxdur. Nə olub ki, Fəzail Ağamalıya?

 

Fəzail müəllim iyunda parlamentin iclasında iştirak edirdi. Ona soyuq dəyib, ya ağır xəstələnib? Məgər İntizam Komissiyasının sədri bütün deputatların harada və necə olmağını yoxlamalıdır? Sentyabrda komissiya üzvləri bir araya gələcək və biz biləcəyik ki, kim var, kim yox”.

 

P.S. Fəzail Ağamalının parlamentin iyunda keçirilən iclaslarında iştirak etdiyini heç kim görməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir