Topaz Premyer Liqasının 6-cı turunda evdə “Sumqayıt”ı 4:1 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Hesabın böyük olmasına baxmayaraq, ağır oyun oldu. Psixoloji cəhətdən də çətin idi. Hesabda geri düşsək də, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bildik. Futbolçulardan razı qaldım. Bir-birinə uyğunlaşmaq üçün vaxt lazımdır. Samir Abasova gələn oyunlarda uğurlar arzulayıram.
- Qırmızı vərəqə alan Miçelə sərt etiraz etdiniz...
- Hər oyundan öncə deyirəm ki, vərəqə alıb, komandanı pis vəziyyətdə qoymasınlar. Buna görə əsəbiləşdim.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Düşünmürəm ki, əleyhimizə verilən qərarlar qəsdən idi. Həmişə demişəm, hakimlik ən çətin işdir. Meydanda 22 nəfəri idarə etmək asan deyil.
- Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?
- Heç bir səbəb yoxdur. Sadəcə, Ramil komandaya bir qədər gec qoşulub. Uyğunlaşma üçün vaxt lazımdır. Oyunun gedişatından da çox şey asılıdır. Əlimizdə 23 nəfərlik heyət var. Bu oyunçulardan hər birinə şans verə bilərik.
- “Roma” ilə oyun barədə düşünməyə başlamısınız?
- Bəli, rəqibin bir neçə oyununa baxmışıq. Sabah oyunları var. Onu da izləməyə çalışacam. Artıq sözə ehtiyac yoxdu. Yaxşı komandadır. Qarşılarına çıxana 3 dənə, 4 dənə vura-vura gedirlər (gülür).
- “Roma” ilə oyunda “Qarabağ”ı rekord sayda azarkeş dəstəkləyəcəyi gözlənilir...
- Heç vaxt istəmirəm ki, azarkeşlərimiz məyus olsun. “Roma” ilə oyunu səbrsizliklə gözləyirik. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verəcək.
- “Sumqayıt”la oyundan sonra “Roma” ilə qarşılaşacaqsınız. Aradakı səviyyə fərqini deməyə ehtiyac yoxdur. Bu, komandaya necə təsir edəcək?
- Çempionatımızın səviyyəsi get-gedə aşağı düşür. İstəyərdik ki, rəqabət bir az da artıq olsun. Ancaq təəssüf ki, komandaların sayı da, rəqabət də aşağı düşüb. Nə qədər istəyirik ki, digər çempionatlara yaxınlaşaq, əksinə, geri düşürük. Çalışırıq ki, güclü komandalarla oyunlarda tempə dözə bilək. İnşallah, yaxşı olar.
- Pedro Enrike necə təsir bağışladı?
- Bu gün daha yaxşı idi. Ümid edirəm ki, oyundan oyuna daha da artıracaq.
- Pedro Enrike öz səviyyəsinə görə digər oyunçulardan kəskin fərqlənir. Onun PAOK-da əsas heyətə düşməməsinə xarakteri səbəb olub?
- Heç vaxt düşünməmişəm ki, hansısa oyunçum digərlərindən bir baş üstündür. O ki qaldı PAOK-da əsas heyətə düşməməsinə, orda olanlar bizi maraqlandırmır. Pedro öz üzərində çalışan oyunçudur.
- Dino Ndlovunun səviyyəsi göz qabağındadır. Mahir Mədətov da get-gedə artırır. Sizcə, belə məqamda Ramil Şeydayev komandada şans qazana bilər?
- Ramil öz üzərində çox çalışır. Gələcəkdə onun xidmətinə də ehtiyacımız olacaq.
Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!
Qubada fermerlərə ağac budamaq öyrədildi
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
Polis istirahət günlərində 68 nəfəri saxladı
Ermənistan atəşkəsi 26 dəfə pozdu
Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik
Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI
İlham Əliyev Sumqayıta gedir
Manatın bugünkü MƏZƏNNƏSİ
Amerikalıların etibar etdiyi azərbaycanlı xanım…
Türkiyədə mikroavtobus aşdı: 16 yaralı
Moskvada şiddətli şaxtalar olacaq
Göyçayda zəncirvari qəza
Parisdə “sarı jiletlər” yürüş keçirdi
Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Paytaxtda 180 restoran bağlandı - SƏBƏB
Məktəb direktorunu döyən “Drakon”la birgə bacısı oğlu da ittiham olunur - YENİLƏNİB
Müəllimlər də aksiyaya başladı
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi
“Qarabağ” “Qəbələ”dən 3 xal aldı
Ərdoğanla Putin apreldə yenidən görüşəcək
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi
Anamı “cinayət işi” öldürdü
Rüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLAR
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı
İran yeni sualtı gəmi istehsal edib
“Qarabağ” və “Səbail” rəqiblərinə qalib gəldi
Paxıllıq izi qırmızı xətlə silinməlidir
“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO
Avropa Liqasının finalına 100 gün qaldı
Polis qadınları fahişəliyə cəlb edənləri saxladı - FOTO
Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanları başa çatdı
NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT
Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
Havalar 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da...”
Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...
Əmanətlərlə bağlı mühüm dəyişiklik
Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb
Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”
Şərh yaz