Modern.az

Minsk qrupunun tərkibinə yenidən baxılacaq - AÇIQLAMA

Minsk qrupunun tərkibinə yenidən baxılacaq - AÇIQLAMA

Aktual

26 Sentyabr 2017, 16:44

“Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşürəm. Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin deyib.

 

O bildirib ki, gələn il ATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq.

“ Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”.

Kristian Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı