Modern.az

Mikroavtobusun yük maşını ilə toqquşmasında ölənlərin sayı 15-ə çatdı - Yenilənib

Mikroavtobusun yük maşını ilə toqquşmasında ölənlərin sayı 15-ə çatdı - Yenilənib

Aktual

17 Noyabr 2017, 00:59

Rusiyanın Mari El Muxtar Respublikasında baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı artıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, mikroavtobus yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Məlumata görə, mikroavtobusun sürücüsü ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qarşı yolla gələn və 40 kub meşə materialı daşıyan yük avtomobili ilə toqquşub. Hadisənin baş verdiyi vaxt güclü qarın yağdığı bildirilir.

 

22:36

 

Rusiya Federasiyasında ağır yol qəzası olub. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Mari El respublikasında baş verib. Mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı artıq 12-yə çatıb.

 

Məlumata görə, hadisə nəticəsində biri uşaq olmaqla 6 nəfər isə xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı