Modern.az

“Türkiyə heç də ABŞ-dan daha az etibarlı ölkə deyil” - Nazir

“Türkiyə heç də ABŞ-dan daha az etibarlı ölkə deyil” - Nazir

Aktual

12 Yanvar 2018, 22:44

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bu gün ABŞ-ın “səyahət xəbərdarlığı”na cavab verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Türkiyənin heç də ABŞ-dan daha az etibarlı bir ölkə olmadığını bildirib.

 

Nazir bildirib ki, Hətta Türkiyə, Amerikadan daha etibarlı hesab olunur. Fikrimcə, biz bir müttəfiqə yaraşmayan gərəksiz məsələlərlə məşğul olmamalıyıq.

 

Qeyd edək ki, ABŞ-da xaricə getməyi planlaşdıran vətəndaşlara Türkiyə Sudan və Venesueladan sonra 3-cü təhlükəli ölkə kimi təqdim olunub və Türkiyəyə getmək arzusunda olan şəxslərə yenidən düşünmək məsləhət görülüb.

 

Vaşinqtondakı bu şərhindən dərhal sonra Amerikanın  Ankaradakı  səfirliyinin nümayəndəsi Filip Kosnett Xarici işlər nazirliyinə çağırılıb və sözügedən məsələ ilə bağlı Ankaranın narahatlığı çatdırılıb.

 

 

Nəzrin Cavid

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı