11 dekabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Məcburən erməniləşdirilmə: Ağdam-Ani, Şahbulaq-Tiqrankert oldu - Bəs sonra?
Məcburən erməniləşdirilmə: Ağdam-Ani, Şahbulaq-Tiqrankert oldu - Bəs sonra?
13.01.2018, 14:58

Ermənistan Respublikasının silahlı quvvələri tərəfindən 1988-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavuzu nəticəsində Azərbaycan torpaqlarınm 20 faizini o cümlədən  kecmiş DQMV-nin inzibati ərazisinə daxil olmayan, yeddi rayon  da işğal edildi. Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı rayonlarının ərazisi, Dağlıq Qarabağ bölgəsinin ərazisindən dörd dəfə böyükdür. Bu fakt Ermənistanın Azərbaycan ərazilərinə təcavüz etdiyini təsdiq edərək, onların xalqların öz müqəddaratını təyin etmə iddialarını rədd edir.

 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin ümumi sahəsinə aşağıdakı inzibati ərazi vahidləri daxildir:

  • Dağlıq Qarabağ regionunun ərazisi (keçmiş DQMV);
  • Dağlıq Qarabağla həmsərhəd olan yeddi rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) ərazisi;
  • Ermənistanla həmsərhəd olan dörd rayonun (Qazax, Ağstafa, Tovuz və Gədəbəy) ərazisi;
  • Cəbhə xəttinə yaxın olan dörd rayonun (Tərtər, Goranboy, Ağcabədi və Beyləqan) ərazisi;
  • Naxçıvan  Muxtar Respublikasının Sədərək və Şərur rayonlarının ərazisi.

 

 Azərbaycanın işğal olunmuş rayonları kütləvi soyğunçuluğa, talançılığa, yanğınlara və dağıntıya məruz qalmışdır.

 

Beynəlxalq təşkilatlar isə yalnız münaqişə ilə bağlı müxtəlif sənədlər qəbul etməklə kifayətlənmiş, bu sənədlərdə öz əksini tapmış müddəaların realİaşdırılması istiqamətində hec bir praktiki iş görməmiş, təcavüzkar dövlət olan Ermənistana qarşı hec bir sanksiya tətbiq etməmiş, bu dövlətə qarşı hec bir təzyiq göstərməmiş, hətta işğalcı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasmda hec bir fərq qoymamışdır.

 

Məhz bu səbəbdən Beynəlxalq Hüququ ayaqları altına alan Ermənistan,  işğal altında saxladığı ərazilərin toponimlərini, yer-yurd adlarını dəyişib,  Qriqoryan dini simvolları ilə bəzəyib, bu əraziləri “tarixi erməni torpaqları” adı altında təbliğ etməklə özlərinin işğalçılıq əməllərinə haqq qazandırmaq istəyirlər.Ermənilər bu iyrənc fəaliyyətləri üçün ilk növbədə Azərbaycanın xüsusi tarixi əhəmiyyəti olan ərazilərini seçirlər. Bu baxımdan onların ilk qurbanlığı Ağdam əraziləri oldu.

 


Ağdam rayonunda çoxlu sayda mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndində1314-cü ilə aid edilən Qutlu Musa oğlu türbəsi, XIV əsrə aid Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri, XVII əsrəaid edilənPapravənd kəndindəki Xanoğlu türbəsi, XVIII əsrə aid məscid, Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti ,XVIII əsr və Şahbulaq qalası və s. 

 

Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.

 

 Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir.  Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. 

 

Qədim mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

 

Bu tarixi zənginlik erməniləri bu əraziləri mənimsəməyə tamahlandırmışdır. Beləki onlar Ağdamı xəritədən silmək üçün 1993 - 1996-cı illərdə şəhəri sökməyə başladılar. Şəhərin söküntüsünə o vaxtkı Qarabağ erməni icmasının rəhbəri A.Qukasyan rəhbərlik edirdi. Sökülmüş inmaat məhsullarını çeşidləyib İran və Ermənistan əhalisinə ucuz qiymətə satırdılar. Bununla ermənilər həm gəlir əldə edir və həm də Ağdamı dünyanın coğrafi xəritəsindən silməyə çalışırdılar.

 

Ermənilər Ağdam şəhərinin adını dəyişərək Ani və Şahbulaq ərazisinin adını dəyişərək bizim eradan əvvəl Suriya sərhədləri yaxınlığında yaşamı parfiyalı  II Tiqranın şərəfinə Tiqrankertqoyublar və bu xarabalıqların birinci Qarabağ müharibəsi dövrü azərbaycanlılar tərəfindən törədildiyini iddia edirlər.

 

Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları ilə bəzədilmiş Monumental İncəsənət Abidələrinin tikintilərini ilbəil genişləndirirlər. Bundan məqsəd, gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması görüntüsünü yaratmaqdır. Dağıdılan Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması acınacaqlı və olduqca təhlükəlidir.

 


Təcavüz nəticəsində işğala məruz qalan ərazilərdə tarixən mövcud olmuş  mədəni dəyərlərin qorunması və eləcədə memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsi və onlara dəymiş zərərlərin qiymətləndirilməsi bu gün Azərbaycan xalqının qarşısında təxirəsalınmaz bir vəzifə kimi durur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistana qarşı Beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin.

 

Hazırki şəraitdə də Ağdamın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü qabarıq şəkildə göstərir. Ermənilər işğal altında olan Ağdam ərazilərində yüzlərlə tarixi-dini və mədəni abidələri məhv ediblər və ya bu və ya digər şəkildə zərər vururlar. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, suni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə  ciddi zərbə vurmuşdur.İlkin hesablamalara görə  Ağdam  rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi cəmi: 19 603 920 000milyard   ABŞ dolları təşkil edir.

 

Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

 

Ermənistanm silahlı təcavüzü və işğal nəticəsində Azərbaycan külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Bu zərərin miqdarınm dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mühüm aspektlərindən biridir. Bununla yanaşı, işğal nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin ödənilməsi qaçılmazdır. Beləki, Ermənistanm təcavüzü nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı artıq mütəxəsislər tərəfindən müəyyən edilmişdir. Müasir beynəlxalq hüquqa görə Azərbaycan Respublikası ona dəyən ziyanın ödənilməsi barədə iddia qaldırmaq və muvafiq təzminatlar almaq hüququna malikdir.

Faiq İsmayılov

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı
11.12.2018, 22:04

Gəncədə məktəbin zirzəmisindən 161 patron tapıldı

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
11.12.2018, 20:49

Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq
11.12.2018, 20:43

“Əbədi məşəl”in divarına dırmaşan gənc kimdir? - Polisə müraciət olunacaq

Əfqanıstanda TERROR: 12 ölü
11.12.2018, 20:07

Əfqanıstanda TERROR: 12 ölü

Bakıda daha bir piyada ÖLÜMÜ
11.12.2018, 20:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK
11.12.2018, 19:41

Sabah Rusiya Baş Qərargah rəisi ilə NATO generalı Bakıda GÖRÜŞƏCƏK

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı
11.12.2018, 19:31

Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı

İlham Əliyev NATO komandanını qəbul etdi
11.12.2018, 19:28

İlham Əliyev NATO komandanını qəbul etdi

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib
11.12.2018, 19:15

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib
11.12.2018, 19:07

“Novo Nordisk” Qarabağa dərman ixrac etməyib

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı
11.12.2018, 18:34

Türkiyədə polis rəisi güllələnib öldürüldü - 2 nəfər yaralandı

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı
11.12.2018, 18:22

Dəmir yolu xəttinin tikintisinə 30 milyon manat ayrıldı

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  
11.12.2018, 18:07

Azərbaycan qanunlarını pozan əcnəbilər barədə qərar verilib  

Bir qrup jurnalist “İlin adamı” elan edildi
11.12.2018, 18:00

Bir qrup jurnalist “İlin adamı” elan edildi

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib
11.12.2018, 17:42

Zərərvericilərə qarşı nəzarət tədbirləri gücləndirilib

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI   
11.12.2018, 17:41

Jurnalistin atasını öldürən sürücünün məhkəməsi davam etdi - Şahidlər DANIŞDI  

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi
11.12.2018, 17:31

Rusiyalı hərbçi Ermənistanda qətl törətdi

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək   
11.12.2018, 17:24

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək  

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ
11.12.2018, 17:10

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO   
11.12.2018, 17:06

Azərbaycanlı deputatlar Vyetnamda - FOTO  

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?
11.12.2018, 17:02

Manat və dollar sabah hansı MƏZƏNNƏDƏ olacaq?

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA
11.12.2018, 16:56

“Mercedes”in vurduğu piyada öldü - BAKIDA

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   
11.12.2018, 16:51

Akif Nağı: “Qarabağ mitinqinin məqsədini başa düşmək istəmirlər”   

Fransada etiraz aksiyaları səngimir
11.12.2018, 16:51

Fransada etiraz aksiyaları səngimir

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
11.12.2018, 16:47

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb
11.12.2018, 16:41

“SABAH” qrupları Təhsil fakültəsi yeni layihəyə başlayıb

İlqar Məmmədovun evini yardılar
11.12.2018, 16:30

İlqar Məmmədovun evini yardılar

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb
11.12.2018, 16:20

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO   
11.12.2018, 16:19

Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO  

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub
11.12.2018, 16:13

UNEC-də Heydər Əliyevin anım gününü qeyd olunub

Rövşən Rzayev köçkünləri qəbul etdi
11.12.2018, 16:12

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı
11.12.2018, 16:08

Orta məktəbin həyətində 2 ədəd mina tapıldı

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI
11.12.2018, 15:48

Dünyanın ən zəngin azərbaycanlısı öz varisi barədə DANIŞDI

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir
11.12.2018, 15:44

“Nar” Azərbaycanda yaşıl enerjinin tətbiqini dəstəkləyir

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI
11.12.2018, 15:39

Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb - SİYAHI

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib
11.12.2018, 15:31

Ötən il ilə müqayisədə 11,5 faiz çox pambıq qəbul edilib

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO
11.12.2018, 15:30

Sürücülər dumana düşdülər - Yol polisi onları müşayiət etdi - VİDEO

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR
11.12.2018, 15:22

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı - FOTOLAR

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ
11.12.2018, 15:16

İran yeni ballistik raket sınaqlarını TƏSDİQLƏDİ

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  
11.12.2018, 15:00

Daş bazarında ciddi bahalaşma olub - SƏBƏBLƏR  

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi
11.12.2018, 14:49

Manvel Qriqoryan məhkəmə zalında özündən getdi

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?
11.12.2018, 14:44

Əhali bu il ərzağa, siqaretə, içkiyə nə qədər pul xərcləyib?

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular
11.12.2018, 14:37

Bakı Ali Neft Məktəbinin tələbələri təltif olundular

Liderləri Tanrı seçir...   
11.12.2018, 14:28

Liderləri Tanrı seçir...  

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir
11.12.2018, 14:24

Azərbaycanda övladlığagötürmə sistemi təkmilləşdirilir

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib
11.12.2018, 14:03

Transsərhəd xəstəliklərinə dair seminar keçirilib

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ   
11.12.2018, 13:41

Dövlət xəstəxanalarında pullu xidmət rəsmiləşəcək? - Deputat AYDINLIQ GƏTİRDİ  

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi
11.12.2018, 13:36

Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR   
11.12.2018, 13:35

Dövlət himninin ifası zamanı vətəndaşdan tələb olunan ŞƏRTLƏR  

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ   
11.12.2018, 13:23

Sabahın hava PROQNOZU - XƏBƏRDARLIQ  

ARXİV