Modern.az

Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür  

Mətbuat Şurasında qurultaya hazırlıq - Namizədlər üçün 25 fevral son gündür   

19 Fevral 2018, 17:31

Martın 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. Modern.az saytı qurultaya hazırlıq işlərinin gedişi ilə maraqlanıb?

Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki,  Nizamnamədən irəli gələn bütün proseduralara əməl olunur.

“Mətbuat Şurasına üzv təşkilatlara anketlər göndərilir, onlar istədikləri namizədlərin adını təqdim edirlər, eyni zamanda qurultayda iştirak edəcək nümayəndələrini qeyd edirlər. Hazırkı prosedur budur. Anketlərin toplanmasından sonra yenə də müzakirələr keçiriləcək və qurultayla bağlı digər təşkilatı işlər görüləcək. Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı