Modern.az

“Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər” - Ekspert

“Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər” - Ekspert

19 Fevral 2018, 21:37

"Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər". Modern.az xəbər verir ki, bunu “Trend”ə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi İrina Zvyagelskaya deyib.

 

Ekspertin sözlərinə görə, indi əlavə neytral danışıqlar arenasına ehtiyac var: “Azərbaycanın region üzrə tərəfdaşları ilə, xüsusilə də Rusiya, Türkiyə, İran və İsraillə, digər sözlə Suriya prosesinə cəlb olunan ölkələrlə tolerant dialoq aparmaq bacarıqlarını nəzərə alsaq, Azərbaycanın danışıqlar arenası kimi təşəbbüslərinə tələbat ola bilər”.

 

İ.Zvyagelskaya əlavə edib ki, bu kontekstdə Astananın təcrübəsi faydalıdır: “Azərbaycan regiondakı geostrateji mövqeyini nəzərə almaqla danışıqlar arenası qismində öz potensialını artıra bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi