Modern.az

Yaxın qohumunun qızıllarını oğurlayan saxlanıldı

Yaxın qohumunun qızıllarını oğurlayan saxlanıldı

Aktual

23 Fevral 2018, 12:20

Paytaxtın Binə qəsəbə sakini olan qadın Xəzər Rayon Polis İdarəsinin  1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 6-da evindən qızıl əşyalarının oğurlanmasını bildirib.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin yaxın qohumu Bəxtiyar Zabitov tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, saxlanılıb.

 

Ətrafında aparılan tədbirlərlə B.Zabitovun digər cinayət əməllərinin də üstü açılıb. Onun ötən ilin noyabr ayından cari il fevralın 13-dək olan müddətdə həmin qəsəbədə 11 evdən pul, elektrik naqilləri, su mühərriki, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı