Modern.az

İraqda 16 türkiyəli qadın ölüm cəzasına məhkum edilib

İraqda 16 türkiyəli qadın ölüm cəzasına məhkum edilib

25 Fevral 2018, 21:13

İraq məhkəməsi İŞİD sıralarına qoşulmuş 16  türkiyəli qadını ölüm cəzasına məhkum edib.  Modern.az APA-ya istinadən xəbər verir ki, qadınlar terror hücumlarının törədilməsində terrorçulara yardım göstərdiklərini etiraf ediblər.

 

Məhkumların məhkəmənin qərarından şikayət vermək hüququna malik olduğu bildirilir.

 

Türkiyə vətəndaşı olan daha 10 qadın müxtəlif həbs cəzalarına məhkum ediliblər.

 

Qadınlar uzun müddət İŞİD-in nəzarətində olmuş Mosul və Təl Afar bölgələrində saxlanılıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü