Modern.az

Putin  onu dəstəkləyənlərə təşəkkürünü bildirdi

Putin  onu dəstəkləyənlərə təşəkkürünü bildirdi

Aktual

19 Mart 2018, 00:55

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində ona səs verənlərə təşəkkürünü bildirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Manej meydanında keçirilən konsertə qatılan Putin səhnəyə çıxaraq çıxış edib. 

 

"Nəticəyə görə sizə təşəkkürümü bildirirəm. Siz - bizim ümumi komandamızsız. Mən bu komandanın üzvüyəm. Bu gün səs verənlər bizim böyük çoxmillətli komandamızdır", - deyə V. Putin bildirib.

 

Onun sözlərinə görə, prezident seçkilərinin nəticəsi son illər görülən işlərə verilən yüksək qiymətdir.

 

 

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Bülletenlərin 51 faizi hesablanıb. Nəticəyə görə, V.Putin 70 fazidən çox səs toplayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı