22 yanvar 2019, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Azərbaycanda ali məktəbələrə və kolleclərə sənəd qəbulu başladı
Azərbaycanda ali məktəbələrə və kolleclərə sənəd qəbulu başladı
29.03.2018, 10:19

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır: Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Bu barədə DİM-dən Modern.az-a verilən məlumatda deyilib.

Bildirilib ki, müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər*.


“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupu və xarici dili seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu-matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün) iyulun 10-da keçiriləcək. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2018-ci il martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu-matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bənd) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.

Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəs-sisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili (tədris dilinə uyğun olaraq), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan verirlər.

*I-IV ixtisas qrupları üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birinci imtahandan fərqli ixtisas qrupu üzrə də verə bilər.


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev  Davosda “Total” şirkətinin rəhbəri ilə görüşdü
22.01.2019, 20:16

İlham Əliyev  Davosda “Total” şirkətinin rəhbəri ilə görüşdü

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA
22.01.2019, 20:03

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA

Sabah Bakının bir hissəsi qazsız qalacaq
22.01.2019, 19:43

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Prezident Vahid Ələkbərovla görüşdü
22.01.2019, 19:37

Prezident Vahid Ələkbərovla görüşdü

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”
22.01.2019, 19:25

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019, 19:03

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib
22.01.2019, 18:57

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır
22.01.2019, 18:52

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır

İki səfir Əbülfəs Qarayevin qəbulunda
22.01.2019, 18:49

İki səfir Əbülfəs Qarayevin qəbulunda

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 
22.01.2019, 18:36

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu
22.01.2019, 18:32

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO
22.01.2019, 18:17

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO

Marşrut daşıyıcılarının sayı azaldılıb
22.01.2019, 18:13

Marşrut daşıyıcılarının sayı azaldılıb

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
22.01.2019, 18:04

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK
22.01.2019, 17:46

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM
22.01.2019, 17:38

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb
22.01.2019, 17:19

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb

Manatın məzənnəsi dəyişdi?
22.01.2019, 17:12

Manatın məzənnəsi dəyişdi?

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  
22.01.2019, 16:56

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu
22.01.2019, 16:49

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi
22.01.2019, 16:45

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  
22.01.2019, 16:44

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

Hindistanlı turistlərin Azərbaycana axını başladı
22.01.2019, 16:42

Hindistanlı turistlərin Azərbaycana axını başladı

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ    
22.01.2019, 16:38

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ  

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib
22.01.2019, 16:37

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü
22.01.2019, 16:28

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı
22.01.2019, 16:19

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək
22.01.2019, 16:16

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  
22.01.2019, 16:05

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22.01.2019, 16:01

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı
22.01.2019, 16:00

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat
22.01.2019, 15:48

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ
22.01.2019, 15:46

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ
22.01.2019, 15:38

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ

Daşkəsəndə narkotacir tutuldu
22.01.2019, 15:22

Daşkəsəndə narkotacir tutuldu

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı
22.01.2019, 15:21

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb
22.01.2019, 15:07

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb

Bakıda qumarxana aşkarlandı - FOTOLAR
22.01.2019, 15:04

Bakıda qumarxana aşkarlandı - FOTOLAR

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO
22.01.2019, 15:00

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
22.01.2019, 14:59

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
22.01.2019, 14:53

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi
22.01.2019, 14:48

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi

Media etikası - bizdə ona böyük ehtiyac var
22.01.2019, 14:39

Media etikası - bizdə ona böyük ehtiyac var

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO
22.01.2019, 14:33

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur
22.01.2019, 14:25

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur

Ərəb brakonyerlər 4330 manat cərimələndi
22.01.2019, 14:19

Ərəb brakonyerlər 4330 manat cərimələndi

Koreyanın səfiri ADU-da olub
22.01.2019, 14:07

Koreyanın səfiri ADU-da olub

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı
22.01.2019, 13:59

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı

“Hyundai” üç piyadanı vurdu - biri öldü
22.01.2019, 13:50

“Hyundai” üç piyadanı vurdu - biri öldü

Paşinyan yenə Moskvaya səfər edəcək
22.01.2019, 13:26

Paşinyan yenə Moskvaya səfər edəcək

ARXİV