Modern.az

Hacı Əbdül “İmam Hüseyn” məscidində mədrəsə açmaq istəyir  

Hacı Əbdül “İmam Hüseyn” məscidində mədrəsə açmaq istəyir   

Aktual

29 Mart 2018, 12:44

“Yaxın vaxtlarda “İmam Hüseyn” məscidi istifadəyə veriləcək. Məsciddə son tamamlama işləri aparılır. Biz də səbirsizliklə məscidin yenidən fəaliyyətə başlamasını gözləyirik”.

Bunu Modern.az-a açıqlamasında  məscidin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov məlumat verib.


Qeyd edək ki, Bakının qədim məscidlərindən biri olan “İmam Hüseyn” məscidi 2017-ci ildə təmirə dayanıb.


Hacı Əbdülün sözlərinə görə, məscidin mədrəsə kimi fəaliyyət göstərməsinə çalışırlar.

“Məscidin təmir xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. Bu məscid 1988-ci ildən bəri bir dəfə də olsun təmir olunmayıb. Halbuki, məscidin təmirə dayanması çox yaxşı bir haldır. Dindar insanlar rahat və təmiz məsciddə  ibadət edəcəklər. Çox istəyirik ki, məscid mədrəsə kimi də fəaliyyət göstərsin. İnşallah, buna da nail olacağıq”.
 

Qeyd edək  ki, Yasamal rayonu Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən “İmam Hüseyn” məscidi 1890-cı illərdə xeyriyyəçi Hacı Hacıbaba tərəfindən inşa olunub. 1920-ci ildə bolşevik çevrilişindən sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən açılıb və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  fəaliyyətini davam etdirib.  Məscid unikal memarlıq üslubuna malikdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı