Modern.az

Muensterdə baş verən hadisədə Azərbaycan vətəndaşları olub? - RƏSMİ CAVAB

Muensterdə baş verən hadisədə Azərbaycan vətəndaşları olub? - RƏSMİ CAVAB

Aktual

8 Aprel 2018, 12:20

Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

 

Bunu Modern.az-a açıqlamasından Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

 

Xarırladaq ki, ötən gün Almaniyanın Münster şəhərində maşının izdihamın içinə girməsi nəticəsində 3 nəfər ölüb. Yerli polisin məlumatına görə, hadisə nəticəsində təxminən 30 nəfər də yaralanıb. Sürücünün daha sonra intihar etdiyi bildirilir.

Qeyd edək ki, polis insidentin terror aktı olduğunu istisna etmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı