19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında
Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında
16.04.2018, 16:02

Bu ilin fevralında Dubayda azərbaycanlı milyarder Fərhad Əhmədovun 540 milyon dollar dəyərində olan superyaxtasına silahlı polislər tərəfindən basqın edilib.

 

Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı Birləşmiş Ərəb Əmirliklərinin ingilisdilli “Gulf News” nəşri yayıb.

 

Nəşrin məlumatına görə Dubayın beynəlxalq maliyyə mərkəzinin məhkəməsi (DİFC) London məhkəməsinin çıxardığı qərar əsasında milyarderin yaxtasına müvəqqəti həbs qoyub. Əhmədovun vaxtilə Roman Abramoviçdən aldığı “Luna” adlı 9-mərtəbəli, vertolyot meydançasına və iki üzmə hovuzuna malik 115 metrlik yaxta həmin vaxtdan bəri Dubayın “Port Rashed” limanında həbs altında saxlanılır.

 

Biznesmen apellyasiya verir

 

Ötən həftənin çərşənbə günü-aprelin 11-də DFİC məhkəməsi biznesmenin ailə trastına yaxtaya həbs qoyulması barədə qərardan apelyasiya vermək haqqı verib.

 

Yaxtaya həbs qoyulması London məhkəməsində Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən qaldırılmış boşanma təzminatı işi ilə bağlıdır. Bu qalmaqallı təzminat iddiasına dair məhkəmə işindən virtualaz.org ötən il geniş yazıb.

 

Xatırladırıq ki, London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq F.Əhmədovun ona az qala 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan edib. Onun bəyan etdiyi kimi London məhkəməsinin ümumiyyətlə bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki nigah münasibətlərində olmuş tərəflərdən hər ikisi Rusiya vətəndaşıdır, bu nigah Rusiyada bağlanıb və bu ölkənin qanunları əsasında pozulub.

 

 

Tatyana “Luna”nın izinə düşür

 

Lakin Tatyana Əhmədovanın vəkilləri London məhkəməsində biznesmenin aktivlərinə həbs qoyulmasına dair qərar çıxarılmasına nail olublar. Bu ilin martında keçirilən prosesdə Tatyana Əhmədovanın vəkilləri bildiriblər ki, biznesmen hələ barəsində çıxarılmış təzminat qərarını yerinə yetirməyib və ən qiymətli aktivi olan “Luna” yaxtasını Panamada qeydiyyatdan keçmiş şirkətin adına keçirərək etibarlı şəkildə ingilis yuridiksiyasından gizlədib.

 

Qeyd edək ki, London məhkəməsində Tatyananın iddiası əsasında gedən prosesdə Fərhad Əhmədov özü heç vaxt iştirak etməyib. Onun maraqlarını vəkillər qoruyub. Qərar da biznesmenin özünün iştirakı olmadan çıxarılıb.

 

Britaniya agentləri  Əhmədovun əmlakını müsadirə etmək üçün Dubaya gedir

 

Britaniya məhkəmələrinin adından hərəkət edən agentlər isə Əhmədovun yaxtasına həbs qoyulması üçün DFİC məhkəmələrinə müraciət ediblər. Bu müraciət əsasında DFİC hakimi fevralın 8-də iddianı təmin edib və Dubay polisi zorakı şəkildə yaxtaya daxil olaraq biznesmenin əmlakına həbs qoyub. Lakin yaxtanı hərracda satıb pulunu Tatyana Əhmədova və vəkilləri arasında bölüşdürmək üçün DFİC hakimləri tərəfindən “qərarın məcburi icraya yönəldilməsi barədə” yeni hökm tələb olunur.

 

Fərhad Əhmədov nə deyib...

 

“Gulf News”a müsahibəsində Əhmədov bildirib ki, o və keçmiş arvadı Rusiyada 2000-ci illərin əvvəllərində boşanıblar. Bu da Böyük Britaniyanın iki Rusiya vətəndaşı arasında mülki mübahisəyə qarışmasının və yaxtanın həbsi barədə çıxarılan qərarın legitimliyini sual altına alır.

 

Milyarder deyib: “Biz nigaha daxil olanda hər ikimiz Rusiya vətəndaşları olmuşuq. Habelə 2000-ci ildə nigahımız pozulanda da Böyük Britaniya yox, Rusiya vətəndaşları idik. Həmin vaxtdan bəri mən keçmiş arvadımın dəbdəbəli həyat tərzi keçirməsini təmin etmişəm. Ona iki oğlumun anası kimi lüks yaşayış şəraiti yaratmışam və bunun sübutları var. Lakin 12 il sonra London vəkilləri mənim keçmiş arvadımın şikayətini əsas götürərək İngiltərə Ali məhkəməsində iddia qaldırıblar”.

Nəşrin yazdığına görə Əhmədovun qanuni nümayəndələri yaxtanın geri qaytarılması və hələ də Dubayda olan 50 heyət üzvünün azad edilməsi üçün mübarizə aparacaq.

 

“Kreml məruzəsi” və Skripalların işi: Əhmədov Rusiya naminə döyüşür

 

Fərhad Əhmədovun adı bu il fevralın sonlarında ABŞ Maliyyə Nazirliyinin hazırladığı və “Kreml məruzəsi”ində yer alıb. Həmin hesabat Rusiya hakimiyyətinə yaxın oliqarxların və Kreml elitasının aparıcı şəxslərinin çevrəsini müəyyən edirdi. Və siyahıda yer alanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyi elan olunmuşdu.

 

O vaxt həmin “Kreml məruzəsi”ində adı yer alanlardan təkcə Fərhad Əhmədov ABŞ-ın bu hərəkətini tənqid etdi və bunu qəsbkarlıq cəhdi adlandırdı. Biznesmen bəyan etdi ki, bu siyahıya daxil edildiyinə görə şəxsən hüquqi mübarizəyə başlayacaq və ABŞ-da məhkəmə iddiası qaldıracaq.

 

Daha sonra Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsinə görə Rusiyaya qarşı başladılan kampaniyada sinəsini qabağa verdi. Biznesmen istər Qərb, istər Rusiya KİV-lərində çıxış edərək Skripalların işini Moskvaya qarşı təxribat adlandırdı. Bu işin qurama olduğunu, keçmiş casusun zəhərlənməsinin arxasında Rusiyanın dayandığı barədə təbliğatı Moskvaya, prezident Putinə qarşı qəsd planlarının bir hissəsi olduğunu bildirdi.

 

Və F.Əhmədovun Rusiyanı müdafiə etmək üçün ABŞ-a, Böyük Britaniyaya qarşı sinəsini qabağa verib döyüşməsinin cavabı özünü çox gözlətməyib. Britaniya özünün Dubaydakı rıçaqlarını işə salaraq biznesmenin əmlakını qəsb etməyə cəhd göstərib.

 

Dubayda ingilis barmağı: DFİC-ə kim nəzarət edir

 

Məsələ burasındadır ki, DFİC ingilislər tərəfindən yaradılmış strukturdur, bu strukturun hakimlərinin əksəriyyəti ingilislərdir. Nəticədə yaxta DFİC-in yuridikasiyası altında olmasa da ona müvəqqəti həbs qoyulub.

 

Ötən il bu təzminat iddiası ilə bağlı qalmaqal başlayanda biznesmen öz vəkili vasitəsilə London məhkəməsinə təqdim etdiyi sənədlərdə rəsmən boşanandan sonra keçmiş arvadına hər il 3.6 milyon dollar ayırdığını, Sürrey qraflığındakı 22 milyon funt sterlinq dəyərində malikanəni ona bağışladığını, çoxsaylı avtomobil, qiymətli sənət əsərləri verdiyini bildirmişdi.

 

Ərinə xəyanət edən Tatyana və şəriət qanunları

 

Boşanmanın səbəbi isə Tatyana Əhmədovanın ərinə xəyanəti olmuşdu. Hansı ki, şəriət qanunları ilə idarə olunan Birləşmiş Ərəb Əmirliklərində bu əmələ görə qadını daş-qalaq edə bilərlər. Lakin şəriət qanunları ilə idarə edilən ölkədə ərinə xəyanət edən qadının tərəfini tutublar.

 

Məlumdur ki, bir çox zənginlər, o cümlədən azərbaycanlı oliqarxlar öz aktivlərini Dubayın offşor zonalarında yerləşdirməyə üstünlük verirlər. London məhkəməsinin çıxardığı qərar əsasında Dubayda F.Əhmədovun əmlakına həbs qoyulmasından sonra bu aktivlərin nə dərəcədə etibarlı qorunduğuna da sual yaranır.

 

Digər tərəfdən Dubay beynəlxalq maliyyə mərkəzi məhkəməsinin qərarı ərəb şeyxlərinin özlərini təhlükə altında qoymuş olur. Çünki ərəb şeyxlərinin arvadları da boşanma iddiasını London məhkəməsində qaldırmağa üstünlük verirlər. İngilis hüququ isə presedent hüququ üzərində qurulub. Yəni hansısa ərəb şeyxinin çoxsaylı arvadlarından biri onunla 6 ay-1 il yaşadıqdan sonra London məhkəməsində boşanma iddiası qaldıra və şeyxin sərvətinin yarısını bu presedent əsasında ələ keçirə bilər.

 

Əhmədovdan nəyin qisasını alırlar

 

Biznesmen xarici KİV-lərə açıqlamasında bildirir ki, London məhkəməsinin çıxardığı qərar və onun əsasında Dubay hakimlərinin verdiyi hökm onun əmlakını qəsb etmək, məhkəmə qərarı altında gizlənib soyğunçuluq həyata keçirmək cəhdidir. Motiv isə onun Skripalların işinə görə Böyük Britaniya hökumətinin, XİN-in Rusiyaya qarşı hücumlarına müqavimət göstərməsi, Londonun planlarını ifşa etməsidir. 

 

F.Əhmədovun sözlərinə görə, ingilislər Skripal oyununu Rusiyadakı prezident seçkiləri ərəfəsində ona görə başlatmışdılar ki, hakimiyyətə yaxın oliqarxlar Londonun sanksiyalarından, əmlaklarının dondurulmasından narazı qalıb Putini devirsinlər. Lakin bu təxribat baş tutmayıb.

 

İndi isə belə görünür ki, Skripalların işində Londonu ifşa edən F.Əhmədovdan qisas almağa çalışırlar və bu işdə onun keçmiş arvadı ingilislərlə sövdələşməyə girib.

 

F.Əhmədov təkcə “Skripalların işi”ində Qərblə açıq polemikaya girməyib. Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl Rusiya qırıcısının vurulmasına görə Moskva ilə Ankara arasında korlanmış münasibətlərin bərpasında da onun rolu olmuşdu. Sonralar bu barədə danışan Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Əhmədovun rolunu qeyd etmişdi. Əlbətdə, bu da Qərbin xoşuna gələ bilməzdi, axı Türkiyə ilə Rusiya arasında son illər güclənən strateji tərəfdaşlıq Avrasiya qitəsində Qərbin mövqelərinin zəifləməsi ilə müşaiyət olunurdu. Nəticədə Əhmədovun Rusiyanın maraqlarını qorumağa yönəlmiş bütün bu fəaliyyətinin qisasını onun əmlakından almaq istəyirlər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı
19.07.2018, 15:25

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA
19.07.2018, 15:22

Mingəçevirdəki enerji qəzasının nəticələri tam aradan qaldırıldımı? - Rəsmi AÇIQLAMA

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”
19.07.2018, 14:58

Keçmiş müsavatçı silahdaşlarını birləşməyə ÇAĞIRDI: “Arif Hacılı partiyanı dərnəyə çevirib”

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ
19.07.2018, 14:55

Nazirlik qarpızın bahalaşmasına AYDINLIQ GƏTİRDİ

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq
19.07.2018, 14:34

I və IV qrupun imtahan cavabları yaxın 2 gündə açıqlanacaq

İlham Əliyev və Sercio Mattarella
19.07.2018, 13:56

İlham Əliyev və Sercio Mattarella "Şah İsmayılın sərgisi"ndə... - FOTOLAR

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ
19.07.2018, 13:35

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL
19.07.2018, 13:13

Nazpəri Dostəliyevanın elmi dərəcəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - QALMAQAL

Şahzadə Cocuq Mərcanlıya getdi
19.07.2018, 13:10

Şahzadə Cocuq Mərcanlıya getdi

Sabahın hava PROQNOZU açıqlandı   
19.07.2018, 13:04

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ
19.07.2018, 13:02

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ

Adnanın şər yuvası
19.07.2018, 12:59

Adnanın şər yuvası

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib
19.07.2018, 12:48

İbtidai sinif müəllimlərinin imtahanında 3094 nəfər iştirak edib

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO
19.07.2018, 12:43

ABŞ hərbi gəmisini dənizin dibinə göndərdi - VİDEO

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ
19.07.2018, 12:40

Paşinyan Rusiyaya barmaq silkələdi, təxribatda İTTİHAM ETDİ

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...
19.07.2018, 12:24

Yol polisi sürücülərə müraciət etdi - Çirkli avtomobillər...

5 min yaşı olan qədim tikililər aşkarlandı
19.07.2018, 12:22

5 min yaşı olan qədim tikililər aşkarlandı

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub
19.07.2018, 12:16

Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub

25 yaşlı gəncin meyiti tapılıb
19.07.2018, 12:11

25 yaşlı gəncin meyiti tapılıb

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir
19.07.2018, 12:00

Azərbaycan Dilqəm və Şahbaza görə Avropa məhkəməsinə sorğu göndərir

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  
19.07.2018, 11:59

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb  

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb
19.07.2018, 11:56

Xaricdəki 206 azərbaycanlı Azərbaycana qaytarılıb

8 il öz qızını zorlayan telekanal sahibinə ağır CƏZA
19.07.2018, 11:55

8 il öz qızını zorlayan telekanal sahibinə ağır CƏZA

ARXİV