16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Nazim İbrahimova cinayət işi açıla bilər  
Nazim İbrahimova cinayət işi açıla bilər  
25.04.2018, 11:08

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri arasında xeyli dəyişiklik edilib. Dəyişikliklərdən biri də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun vəzifəsindən uzaqlaşdırılması, əvəzinə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun təyin olunmasıdır.


Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dəyişikliyi şərh edərkən Komitənin işindən narazılıq ifadə edib və bu barədə prezident İlham Əliyevin məlumatlı olduğunu vurğulayıb:


“Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

 

R.Mehdiyev prezidentin Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovla görüşdüyünü və ona konkret tapşırıqlar verdiyini diqqətə çatdırıb:


“Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.

PA rəsmisinin sözlərinə görə, Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla hər hansı iş görülməyib:


“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Bəzi ekspertlər Ramiz Mehdiyevin bu açıqlamasını Diasporla İş üzrə Dövlət Komitəsində korrupsiyanın ifşa olunması kimi qiymətləndirirlər.


Əgər söhbət maliyyə vəsaitlərinin öz ünvanına çatmamağından, yəni dolayısı ilə mənimsənilməsindən gedirsə, onda maraqlıdır, Prezident Adminstrasiyası rəhbərinin bu açıqlamasından sonra Nazim İbrahimov barəsində istintaq araşdırması başlaya və onun həbsi gerçəkləşə bilərmi?

Tanınmış hüquqşünas Cavad Cavadov Modern.az-a bildirib ki, Ramiz Mehdiyevin səsləndirdiyi fikirlər prokurorluq orqanlarından araşdırma tələb edir:

“Maliyyə məsələlərinin qeyd edilməsi, onların ünvanına çatmaması mənimsəmədən, korrupsiya xarakterli cinayətin əlamətlərindən xəbər verir. Bu baxımdan prokurorluq araşdırmalara başlamalıdır”.

 
Hüquqşünas bildirib ki, yeni sədr özü də bununla bağlı müraciət edə bilər:

“Komitəyə sədr təyin edilən Fuad Muradov özü məsələlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Hər bir halda, Ramiz Mehdiyevin səsləndirdiyi ittihamlar cinayət araşdırılmasının başlanması üçün ciddi əsasdır”.

C.Cavadovun sözlərinə görə, Nazim İbrahimov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi açıla bilər:

“Həmin maddədə külli miqdarda vəsaitin mənimsənilməsilə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hətta bura vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi də əlavə edilə bilər. Çünki səsləndirilən ittihamlar kifayət qədər ciddi ittihamlardır. Sadəcə, mənimsəmə ilə bağlı konkret rəqəm söylənilmədiyindən hüquqşünas olaraq mən də konkret fikir söyləyə bilmirəm. Amma Ramiz Mehdiyevin açıqlaması prokurorluq orqanları tərəfindən araşdırmalara başlanmasına səbəb ola biləcək fikirlər hesab olunur. Artıq Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsi ilə araşdırmalara başlana bilər”.

 

Qeyd edək ki, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, təqsirkar min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə- əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 179.1-179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO
16.10.2018, 18:07

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Prezident büdcədən 15,1 milyon manat ayırdı
16.10.2018, 17:50

Prezident büdcədən 15,1 milyon manat ayırdı

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO
16.10.2018, 17:40

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı   
16.10.2018, 17:34

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı  

Komitə sədrləri Çinə gedirlər
16.10.2018, 17:29

Komitə sədrləri Çinə gedirlər

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16.10.2018, 17:27

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Etimad Əsədov dəfn olundu - FOTOLAR
16.10.2018, 17:20

Etimad Əsədov dəfn olundu - FOTOLAR

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ
16.10.2018, 17:10

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ

Bu günədək 126 min tondan çox pambıq yığılıb
16.10.2018, 17:03

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.10.2018, 17:01

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu
16.10.2018, 16:49

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    
16.10.2018, 16:43

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

169 əcnəbi saxlanıldı 
16.10.2018, 16:40

169 əcnəbi saxlanıldı 

ADU-da konsert keçirilib - FOTO
16.10.2018, 16:34

ADU-da konsert keçirilib - FOTO

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018, 16:27

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

“Formula-1”in biletləri satışa çıxarıldı
16.10.2018, 15:55

“Formula-1”in biletləri satışa çıxarıldı

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü
16.10.2018, 15:49

Abel Məhərrəmov “50+50” qrant proqramının qalibləri ilə görüşdü

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO
16.10.2018, 15:25

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet - VİDEO

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi
16.10.2018, 15:24

Dünya pravoslavları parçalandı - Kreml Ukraynadakı sonuncu dayaq nöqtəsini itirdi

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
16.10.2018, 15:23

Aleksandr Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı
16.10.2018, 15:16

Sürüşmə sahəsindəki evlərdə yeni çatlar yarandı

Füzulidə top mərmisi tapılıb
16.10.2018, 15:15

Füzulidə top mərmisi tapılıb

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI
16.10.2018, 15:02

Ərdoğan rahib Bronson və jurnalist Kaşıkçı haqda DANIŞDI

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”
16.10.2018, 15:01

Daşqın Gülməmmədov: “Salome Zurabişvilini Gürcüstan prezidenti seçəcəyik”

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
16.10.2018, 14:47

Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ
16.10.2018, 14:44

Filosof Niyazi Mehdi: “Ateistlər də, xristianlar da gic-gic danışırlar” - MÜSAHİBƏ

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı
16.10.2018, 14:34

İcazəsiz balıq ovlayan şəxs saxlanıldı

Ermənistanda 3 yeni qubernator təyin olundu
16.10.2018, 14:26

Ermənistanda 3 yeni qubernator təyin olundu

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi
16.10.2018, 14:17

Parlament uşaqlarla bağlı qanun layihəsini ikinci oxunuşda qəbul etdi

Qərəzli mövqedən əl çəkin!
16.10.2018, 14:11

Qərəzli mövqedən əl çəkin!

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev
16.10.2018, 14:05

“Yaxşı ki, Heydər Əliyevi hakimiyyətə gətirməyə nail olduq” – Südeyf İmamverdiyev

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu
16.10.2018, 14:03

Ermənistanda qalmaqallı səs yazısını aparanlar tutuldu

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”
16.10.2018, 13:59

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 
16.10.2018, 13:53

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı 

ARXİV