26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - “Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi  
“Pambıqçıların zəhərlənməsi təxribat deyil” - Ekspert SƏBƏBLƏRİ göstərdi  
21.06.2018, 14:06

İyun ayında pambıq tarlalarında 5-ci dəfə zəhərlənmə faktı qeydə alınıb. Saatlıda 30-dan çox insanın zəhərlənməsilə müşahidə olunan ilk faktdan sonra prezident İlham Əliyev məsələni nəzarətə götürdü. Amma buna baxmayaraq, anoloji hal İmişli, Yevlax, Tərtərdə də qeydə alındı, yüzlərlə insan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət etdi.

Hadisələr barədə konkret olaraq rəsmi məlumatlar açıqlanmasa da, ekspertlər, iqtisadçılar tərəfindən müxtəlif versiyalar səsləndirilir. Kimisi zəhərlənmələri təhlükəsizlik qaydalarına əməl etməmək, kimisi təsərrüfatlarda vaxtı bitmiş dərmanlardan yararlanmaq, kimisi də yeni nazir İnam Kərimova qarşı hazırlanmış təxribat kimi qiymətləndirir.

 

“Özəl şirkətlər pambıqçılara zülm edirlər”

 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Modern.az-a məhz bu versiyalar üzrə açıqlama verib. O, əsas səbəb kimi pambıq tarlalarında təhlükəsizlik qaydalarına riayət edilmədiyini bildirib:

“Bayram günlərində bəzi pambıq sahələrində müşahidələr apardım. Nöqsanları görmək üçün sırf bu sahənin mütəxəssisi olmağa da ehtiyac yoxdur. İmişli, Beyləqan, Ağcabədinin bəzi pambıq sahələrində olanda gördüm ki, nəinki təhlükəsizlik qaydalarına, ümumiyyətlə bir çox mühüm qaydalara əməl olunmur. Zəhərli dərmanlar - pestisidlərlə davranışa gəldikdə, insanlar bu sahədə tam bilgisizdir və maarifləndirmə tədbirlərinə ehtiyac var. Pambıq sahələrində işləyən qadınlar nəinki təhlükəsizlik qaydalarını, adi hava şəraiti, pambıq sahəsində görəcəkləri işin məğzini belə bilmirlər. Pambıq texniki bitki olduğuna görə məxsusi qulluq tələb edir. Məsələn, iyunda alaq otunun vurulması aparılır (kətmənləmə). Bizdə kətmənləmə əl əməyilə edilir, bütün dünyada isə bu sahə tam mexnaikləşdirilib. Texnika sahənin bu başından girib, o biri başından çıxır. Azərbaycanda böyük maliyyə vəsaitləri olmasına baxmayaraq, MKT şirkətləri pambıqçılara zülm edirlər. Ünsiyyət zamanı bəlli oldu ki, 5 qadın birlikdə orta hesabla bir sot yerdə alaq vurur. Bu çox çətin prosesdir. Kətmən iki funksiyanı yerinə yetirir: alaqları vurur və bitkinin dibini boşaldır. Yəni bir insan gün ərzində iki funksiyanı yerinə yetirir. Mən orada olduğum müddətdə günün istisində, təxminən 40 dərəcə temperaturda qadınlar dayanmadan çalışırdı. Axı bunlar insandır.

İkinci ciddi problem ondan ibarətdir ki, bir çox pambıq sahələrinə ağır pestisidlər vururlar. Bir azdan sovkaya qarşı mübarizə başlanacaq. Şirkətlər ora ağır pestisidlər, funksidlər tətbiq edəcəklər. Biri ziyanvericilərə, ikincisi zərərvericilərə qarşıdır. Tamamilə fərqli şeylərdir. Yenə də təhlükəsizlik qaydalarına riayət edilməyəcəksə, anoloji hal təkrarlanacaq”.

 

“Təhlükəsizlik qaydalarına riyaət edilmir”

 


Ekspert əvvəlki illərə nisbətdə bu sahədə ciddi dəyişiklik olmamasına baxmayaraq, kütləvi zəhərlənmə səbəblərini məhz təhlükəsizlik qaydalarına riayət edilməməsində görür:

“Ümumilikdə Tərtər, Saatlı, İmişlidə baş verən hadisələrdə müxtəlif versiyalar irəli sürülür. Mənim gəldiyim qənaət bundan ibarətdir ki, zəhərlənmələr təhlükəsizlik qaydalarına riayət edilmədiyindən olub. Yadımdadır, Sovet dövründə bizi də tarlaya aparırdılar. Hətta biz sahədə olarkən dərmanlama xüsusi təyyarələrlə edilirdi, amma zəhərlənən olmurdu. Dünən uzun müddət Azərbaycanda pambıqçılıqla məşğul olan şəxslərlə əlaqə saxladım. Onlar da təsdiqlədilər ki, bunlar Azərbaycanda pambıqçılıq sahəsində qeydə alınan ilk kütləvi zəhərlənmələrdir. Doğrudur, pambıq da həminkidir, onu becərənlər də həmin adamlardır. Amma adi təhlükəsizlik qaydalarına riayət edilməyib. Özüm şahidi oldum ki, kətmən vuran insanların heç birinin ağzında respirator yox idi. Zəhərlənənlərin əyində mühafizə geyimi, respirator, uzunboğaz çəkmələri olmayıb”.

 

İnam Kərimovun etirafı...

 

Dərmanlama zamanı istifadə müddəti keçmiş preparatlardan istifadəyə gədikdə, N.Nəsirli bunun ciddi qanun pozuntusu olduğunu vurğulayıb:


“Bütün pestisidlər və funksidlər iyulun 1-dək Fitosanitar Xidmətin laboratoriyalarından sınaqdan keçirilməli, sertifikat almalı, ondan sonra təsərrüfata tətbiq olunmalı idi. Məlum olur ki, pestisidlər və funksidlər ölkəyə gətirilir, laboratoriyalarda sınaqdan keçirilmədən təsərrüfatlara tətbiq olunur.  Böyük ehtimalla dərmanların sınağı aparılmayıb. Bu sahənin dövlət nəzarətini həyata keçirən bir qurum kimi Dövlət Fitosanitar Xidməti birbaşa məsuliyyət daşıyır. Nazir İnam Kərimov Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevi vəzifəsindən azad etməklə, əslində etiraf etdi ki, qurum ciddi nöqsanlara yol verib.

Soruşmaq lazımdır ki, Xidmətin o dərmanları sınaqdan keçirmək üçün laboratoriyaları varmı? Bir sınaq keçirsinlər, ictimaiyyət də nəticələri görsün. Yoxdur belə laboratoriyalar. Baxmayaraq ki, Camal Quliyev bu sahənin qurucularından idi. Mən onu laborant işləyən dövrdən tanıyıram, kifayət qədər təcrübəli, məlumatlı alimlərdəndir, öyrənməyə və öyrətməyə meylli bir insandır. Buna iqtisadiyyat dilində “istehsalat xətası” deyilir. Böyük ehtimalla istintaq açıqlayacaq ki, dərmanlar özəl şirkətlər tərəfindən Azərbaycana gətirilib və sınaqdan keçirilmədən təsərrüfatlara tətbiq edilib”.

 

“40 dərəcə istidə pambıq yığılmamalıdır”

 

Ekspertin özlərinə görə, pambıqçılıqla məşğul olanlar bu sahədən xəbərsizdirlər:

“Özləri etiraf edib ki, dərman başqa sahəyə vurulub, amma külək insanların işlədiyi sahəyə gətirib. Əslində bunun özü də öyrənilməli idi ki, dərmanlar külək vasitəsilə neçə kilometrə qədər yayıla bilir. Elə funksidlər var ki, çox güclü küləkdə belə ətrafa yayılmır. Amma elələri də var ki, zəif küləkdə belə 20-30 kilometr məsafəni qət edə bilir. Bunlar edilməyib, məsuliyyəti də Dövlət Fitosanitar Xidmətinin üzərindədir. Bir məsələni də diqqətə alaq ki, 1990-cı illərdən Azərbaycanda pambıqçılıq tənəzzülə uğramışdı. Son iki ildə bu sahəyə diqqət ayrılmağa başladı. Bu da faktdır ki, bir çox rayonlarda pambıqçılıq ənənələri, vərdişləri itib. İndi bu sahəyə rəhbərlik edənlər isə sahədən başı çıxmayan özəl şirkətlərdir. Pambığın əkilmə texnologiyasına belə əməl olunmayıb. Eləcə çiyidi səpib gediblər. Bundan da bilinir ki, nə pambığı əkənin, nə onu yığanların, nə də bu işə rəhbərlik edən sahibkarların həmin sahədən xəbəri var. Mən burada təxribat ehtimallarına inanmıram. Biz hər şeyə “bir şey olmaz” fikrilə yanaşdığımız üçün də belə nəticəyə gəlirik”.

İmişli


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Almaniya gərginliyin artmasından narahatdır
26.09.2018, 00:56

Almaniya gərginliyin artmasından narahatdır

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü
26.09.2018, 00:43

Bərdədə maneəyə çırpılan avtomobilin sürücüsü öldü

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları
26.09.2018, 00:27

Azərbaycanla İsveçrənin turizm sahəsində əməkdaşlıq imkanları

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb
26.09.2018, 00:15

Tramp 2 ildə ABŞ-a 10 trilyon dollar qazandırıb

Azərbaycan nefti bahalaşıb
25.09.2018, 23:56

Azərbaycan nefti bahalaşıb

Abramoviç “Çelsi”nı satır
25.09.2018, 23:42

Abramoviç “Çelsi”nı satır

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək
25.09.2018, 23:33

Nəsib Nəbioğlunun kitabının təqdimatı keçiriləcək

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR
25.09.2018, 23:18

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTOLAR

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi
25.09.2018, 23:01

Prezidentin xanımına qarşı da sanksiya tətbiq edildi

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı
25.09.2018, 22:44

İnsan dərisinə bənzər həsas elektron dəri yaradıldı

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR   
25.09.2018, 22:34

Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO
25.09.2018, 22:23

Azərbaycan “Tufan” zirehli maşınını sərgidə nümayiş etdirib - FOTO

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb
25.09.2018, 22:14

Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...
25.09.2018, 22:06

Bir şəklin tarixçəsi - İki məşhur sənətkar - Vəfalı günlər, Vəfasız həyat...

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib
25.09.2018, 21:59

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi
25.09.2018, 21:43

Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edildi

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO
25.09.2018, 21:25

Ərdoğanın ifadəsi tvitter trendləri siyasında ilk sırada - FOTO

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur
25.09.2018, 21:11

Rusiyada hipersəsli snayper güllələri istehsal olunur

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək
25.09.2018, 20:55

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova
25.09.2018, 20:43

“Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ciddi maneədir”- Sahibə Qafarova

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir
25.09.2018, 20:30

Azərbaycanlı əsgərlərə gürcü dili öyrədilir

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü
25.09.2018, 20:16

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi
25.09.2018, 20:03

Nazirlər cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə etdi

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı
25.09.2018, 19:59

“Maşın” şou yenidən başlayır - Vaxt açıqlandı

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb
25.09.2018, 19:34

“Qarabağ” – “Arsenal” oyununa 20 min bilet satılıb

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO
25.09.2018, 19:25

Mərkəzi Bankın rəhbəri istefa VERDİ - FOTO

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO
25.09.2018, 19:16

Ələt-Astara yolunun pullu olacağı tarix AÇIQLANDI - VİDEO

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25.09.2018, 19:08

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Sabah bu ərazilərdə qaz olmayacaq
25.09.2018, 19:00

Sabah bu ərazilərdə qaz olmayacaq

25.09.2018, 18:50

"Baku Bus"un avtobusu alovlandı: Sürücü sərnişinlərin həyatını belə xilas etdi -VİDEO

Onlar dünya çempionu oldular - Bakıda
25.09.2018, 18:40

Onlar dünya çempionu oldular - Bakıda

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır
25.09.2018, 18:32

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

Azərbaycan mediasından dünyaya örnək layihə
25.09.2018, 18:20

Azərbaycan mediasından dünyaya örnək layihə

İki nazirlik anlaşdı - FOTO
25.09.2018, 18:14

İki nazirlik anlaşdı - FOTO

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO
25.09.2018, 18:05

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”   
25.09.2018, 18:01

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”  

Burnunda sancaqla oynadı və özünü bəlaya saldı - FOTO
25.09.2018, 17:54

Burnunda sancaqla oynadı və özünü bəlaya saldı - FOTO

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə:DaimOnline
25.09.2018, 17:45

“Bakcell”dən maraqlı aksiya və onlayn müsabiqə:DaimOnline

İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO
25.09.2018, 17:38

İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO

Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə qatılacaq
25.09.2018, 17:36

Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
25.09.2018, 17:26

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI
25.09.2018, 17:25

Bakının bu məktəbində müəllimlər işləmək istəmir – Direktor səbəbini AÇIQLADI

2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu   
25.09.2018, 17:21

2019-cu il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olundu  

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb
25.09.2018, 17:19

Etnik toqquşmalara görə 1200 nəfər saxlanılıb

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb
25.09.2018, 17:12

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək
25.09.2018, 17:05

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub
25.09.2018, 17:00

Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı
25.09.2018, 16:56

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Qətərin nüfuzlu qəzeti Qarabağ separatçıları barədə xəbərdarlıq yayıb   
25.09.2018, 16:48

Qətərin nüfuzlu qəzeti Qarabağ separatçıları barədə xəbərdarlıq yayıb  

İsrail ordusuna İranla bağlı əmr verildi
25.09.2018, 16:41

İsrail ordusuna İranla bağlı əmr verildi

ARXİV