Modern.az

Putin İranın dini rəhbərliyi ilə görüşdü

Putin İranın dini rəhbərliyi ilə görüşdü

12 İyul 2018, 12:41

Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti ilə görüşüb.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya tərəfində görüşdə həmçinin xarici işlər naziri Sergey Lavrov da iştirak edib.

 

Görüş Putinin Novo-Oqarevodakı iqamətgahında baş tutub. Görüşdə İran tərəfindən Vilayətidən başqa İranın rusiyadakı səfiri Mehdi Sənayi və İran Ali Rəhbərinin Məsləhətçilər Bürosunun sədri Əli Əsgər Fəti Sarbandoli də iştirak edib.

 

Görüşün məzmunu barədə mətbuata hələ ki heç bir açıqlama verilməyib.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü