Modern.az

Salyanda “Mercedes”lə “Ford” toqquşdu

Salyanda “Mercedes”lə “Ford” toqquşdu

Aktual

15 İyul 2018, 22:51

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 74-cü km-də yol-nəqliyyat qəzası baş verib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Dayıkənd kəndinin 26 yaşlı sakini Mehman Ehtiram oğlu Cəfərovun idarə etdiyi 10-OS-669 dövlət nömrə nişanlı “Mercedes E-class” markalı minik maşını hərəkətdə olarkən qarşıdan gələn 38 yaşlı Lənkəran şəhər sakininin idarə etdiyi 99-XZ-622 dövlət nömrə nişanlı “Ford Transit” markalı kiçik tutumlu soyuducu yük maşını ilə toqquşub.

 

Hadisə nəticəsində “Mercedes E-class” idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

 

Minik maşınının 38 yaşlı sərnişini Samirə İmran qızı Əliyeva aldığı xəsarətlərdən Salyan Mərkəzi Rayon Xəstaxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir