Modern.az

Murtuz Ələsgərov 83 yaşını haqladı, sabiq deputatın ad günüdür (FOTOLAR)

Murtuz Ələsgərov 83 yaşını haqladı, sabiq deputatın ad günüdür (FOTOLAR)

20 Sentyabr 2011, 11:14

Bu gün Azərbaycan Milli Məclisinin sabiq sədri Murtuz Ələsgərovun ad günüdür, eks-deputatın 83 yaşı tamam olub.
Modern.az saytının məlumatına görə, Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir.

1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiridir.

Yeni Azərbaycan Partiyasının saytında M.Ələsgərovun hazırda da YAP sədrinin iki müavinindən biri olduğu qeyd edilib.

M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.
M.Ələsgərov 3 övlad atasıdır.

Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi.

M.Ələsgərov hazırda Bakı Dövlət Universitetinin müəllimidir. Məlumatlara görə, onun səhhətində bəzi problem olduğundan dərsə gəlib-gedə bilmir.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır