Modern.az

Valeh Kərimov teatrdan ayrıldı: Qaldım evin küncündə...

Valeh Kərimov teatrdan ayrıldı: Qaldım evin küncündə...

Mədəniyyət

Bu gün, 14:25

Xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrındakı işindən ayrılıb.

Modern.az xəbər verir ki, aktyor bu barədə “Bir gün” verilişində açıqlama verib. O bildirib ki, teatrda müqavilə əsasında işləyib:

“Orada bir tamaşaya çağırmışdılar. Müqavilə ilə getmişdim. Vaxtı bitdi və yenə qaldım evin küncündə. Belə baxanda deyirəm, vaxtdır fəaliyyəti dayandırmalıyam. Nə qədər işə getməliyəm?”.

Qeyd edək ki, Xalq artisti Valeh Kərimov yaşı ilə əlaqədar bir müddət əvvəl Sumqayıt Dövlət Dram Teatrından uzaqlaşdırılmışdı. O, ötən ilin martında teatrda işə başlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV