Modern.az

Qazaxıstanlı Olimpiya mükafatçısı öldürüldü

Qazaxıstanlı Olimpiya mükafatçısı öldürüldü

Aktual

20 İyul 2018, 01:00

Bu gün günorta saatlarında, Qazaxıstanın Almatı şəhərində  fiqurlu konki sürmək üzrə dəfələrlə olimpia, dünya, 4 qitə çümpionu olan Denis Ten xuliqanlıq zəminində quldurluq edən cinayətkarlar tərəfindən qətlə yetirilib.

 

Naməlum cinayətkarlar şəhərin mərkəzində yol kənarında daynan Lexus maşının güzgülərini və şüşəsini çıxarıb aparmaq istəyərkən, Denis hadisə yerinə çatıb, onlarla əlbəyaxa olub. Cinayətkarlar bıçaqla ona iki zərbə yetirərək, yaxınlıqdakı kolluğa atıblar. Yoldan keçən şəhər sakinləri təcili yardım maşını çağırıblar, xəstəxanaya çatdırılan Denis yol boyu 3 litr qan itirib.  Bir neçə saat  ərzində Denisin həyatını xilas etmək istəsələr də, cəhdləri boşa çıxıb.

 

 

Qazaxıstan prezidneti Nursultan Nazarbayev Denis Tenin faciəli şəkildə həlak olmasından sonra, başsağlığı verib. Denis  bacarıqlı idmançı olmaqla yanaşı, həm də  istedadlı , yaradıcı bir gənc idi. Onu dünyanın bir çox ölkələrində tanıyırdılar, o vətənpərvər bir Qazaxıstanlı idi. Denisin işıqlı xatirəsi qəlbimizdə yaşayacaq.”

Günün günorta çağı,  gediş gəlişin çox olduğu mərkəzi küçələrin birində Denis tenə hücum edib, onu öldürən quldurların axtarışı davam etdirilir.

 

Denisin ölümündən sonra sosial şəbəkələrdə Qazaxıstan Daxili İşlər Nazirliyini və naziri istefaya çağıran şüarlar səslənir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı