Modern.az

Anar Nağılbaz dünyasını dəyişdi

Anar Nağılbaz dünyasını dəyişdi

4 Avqust 2018, 20:06

Azərbaycan repinin atası sayılan Anar Nağılbaz bu gün dünyasını dəyişib. Modern.az xəbər verir ki, bu barədə sənətçinin dostu Ceyhun Qala öz instagram səhifəsində yazıb.

 

Faktı mərhumun anası Şərqiyyə Cəbiyeva da təsdiq edib.

 

Reperin anasının sözlərinə görə, Anar Nağılbazın ölümünə son zamanlar yaşadığı stress səbəb olub.

 

Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk repçisi sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə təmsil edib. İlk albomunun 1996-cı ildə buraxıb.

 

Qeyd edək ki, Anar Nağılbaz Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı olan Rizvan Cəbiyevin oğludur.

 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü