Modern.az

Lirənin dəyər itirməsi turistləri fəallaşdırıb - VİDEO

Lirənin dəyər itirməsi turistləri fəallaşdırıb - VİDEO

Aktual

13 Avqust 2018, 21:44

Türkiyənin milli valyutasının dollar qarşısında kəskin dəyər itirməsi bu ölkəyə turistlərin marağını artırıb. Bir dolların 7 lirəyə bərabər olması indi Türkiyədə turistlərin gündəlik daha az pul xərcələmələrinə səbəb olur. Yerli turizmçilər bu aralar İstanbula gedən azərbaycanlıların sayının artıdğını deyir.

 

Modern.az xəbər verir ki, son 1 həftədə türk lirəsinin dollara nisbətdə kəskin ucuzlaşması turizmə də təsirsiz ötüşməyib. 1 dolların 7 lirəyə bərabər olmasını fürsət bilib Türkiyəyə gedənlərin sayı xeyli artıb

 

Turizm üzrə mütəxəssis Elşən Məmmədov “Xəzər xəbər”ə bildirib ki, son günlər Türkiyənin ənənəvi turistik zonalarına, yəni Antaliya və Bodruma yox, İstanbula gedənlərin sayın da artım var. Ekspertin fikirincə yerli turislərin İstanbulu seçməsinin başlıca səbəbi geyim paltarlarının əvvəlki günlərlə müqayisədə daha ucuza ala bilmələridir. Bundan əlavə Türkiyənin daxilində daxili səyahət üçün də əla imkan yaranıb.

 

Elşən Məmmədovun sözlərinə görə, lirənin ucuzlaşması hələ ki, avqust ayı üçün Antaliya və Bodruma olan turpaketlərə elə də təsir etməyib. Çünki buradakı otel yerləri dollar və avro ilə müştərilərə satılır. Buna baxmayaraq, sentyabr ayından etibarən bu kimi turistik zonalara olan turpaketlər də ucuzlaşacaq. Artıq bəzi otellər sentyabr ayı üçün kampaniyalı turpaket qiymətlərini açıqlayıblar.

 

Alış-veriş məqsədi ilə Türkiyəyə getmək istəyən yerli turistlərə 10-15 gün ərzində səyyahətlərini həyata keçirmələri tövsiyyə olunur .Çünkü bu müddətdən sonra Türkiyədə yerli məhsulların və xidmətlərin qiymətinin bahalaşacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı