Modern.az

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

Aktual

22 Sentyabr 2018, 21:58

Saatlı rayonunda qətl hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, Nərimankənd kəndində yaşayan Həşimov Xəyal axşam saatlarında 1960-cı il təvəllüdlü qayınanası Alışova Hökumə Mirqədir qızını bıçaqlayaraq qətlə yetirib.

 

O, həmçinin, 1993-cü il təvəllüdlü həyat yoldaşı Həşimova Gülbikə Nurəddin qızını ağır yaralayıb. Sonuncu Saatlı Rayon Xəstəxanasına yerləşdirilib. Qətlin təfərrüatları dəqiqləşdirilir.

 

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı