Modern.az

Tramp amerikalı keşişin azad olunmasına münasibət bildirdi

Tramp amerikalı keşişin azad olunmasına münasibət bildirdi

12 Oktyabr 2018, 18:09

“Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik”.

Modern.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp rahibin sərbəst buraxılması  ilə bağlı İzmir məhkəməsinin qərarına münasibət bildirərkən yazıb.

Qeyd edək ki, Endryu Branson  2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir