Modern.az

Badamdarda fərdi tikililərin hasarlarında çatlar var - NAZİRLİK

Badamdarda fərdi tikililərin hasarlarında çatlar var - NAZİRLİK

Aktual

14 Oktyabr 2018, 15:17

Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan Modern.az-a verilən məlumata görə, artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.

 

"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", - deyə məlumatda bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı