Arxiv
15 Oktyabr 2018, 12:38 | AKTUAL
Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda E. İbrahimov ifadə verib. O deyib ki, zərərçəkmiş Fərman Məmmədovu 2006-cı ildən tanıyır. Onun sözlərinə görə, F. Məmmədov hər şeyi onun özü ilə danışıb: Təqsirləndirilən şəxs iddia edib ki, F. Məmmədov zərərçəkmiş Həbib Axundova şər atır: "Fərman mənə yalnız faizə 230 min manat pul verib, ona isə faizlə 434 min manat pul qaytarılıb. Pul alış-verişinin ilk günündən hər şeyi mənlə özü dəqiqləşdirib. 1 il ərzində bizim aramızda telefon danışıqları olub. Ancaq gəlib məhkəmədə deyir ki, pulu Həbib Axundova vermişəm. Əgər pulu Həbibə veribsə, mənimlə niyə əlaqə saxlayırdı? Həm məhkəmədə, həm də istintaqda Fərman Məmmədov yalan danışır. Fərman Məmmədov guya mənə verdiyi pulları bəzi hallarda 235 min, qalan hallarda 435 min manat göstərir. Necə olur ki, adam verdiyi pulu bilmir? Həbibə və başqalarına şər atınca düzün danışsın, suallara cavab versin. Fərman deyir ki, verilən pullar Nazir Mirzəyevin olub, sonra da əlavə edir ki, özünün olub".

Təqsirləndirilən şəxs deyib ki, F. Məmmədov kimə və harda pul verdiyini dəqiq demir: "Bu da onu göstərir ki, o, yalan danışır. Xahiş edirəm ki, məni bu adamın yalanlarından qoruyun. Mən yenə də deyirəm ki, Fərman Məmmədov Həbib Axundov və Elmira xanımın adını nahaq yerə hallandırır. Mən şəxsən Elmira Axundova və Həbib Axundovun qarşısında utanıram. Elmira Axundovadan üzr istəyirəm. Həbibin mənim Fərmanla olan pul alış-verişindən xəbəri yox idi. Ancaq verilən puldan müəyyən faiz Həbibə çatırdı deyə, o bu işdə maraqlı ola bilərdi".

E. İbrahimov deyib ki, onu zərərçəkmiş Həbib Axundova qarşı ifadə verməsi üçün təzyiq ediblər: "Məni polis idarəsinə aparanda orda da mənə dedilər ki, Həbib Axundova qarşı çıx, Fərmandan uzaq dur, təhlükəli adamdı.

Fərman məhkəmə başlayanda mənə dedi ki, səni azı 9 il cəza istəyir. Sən çalış Həbib Axundova qarşı çıx. Mənə o maraqlıdır ki, bu təzyiqlərin mənası nədir".

E. İbrahimov prokurorun sualına cavabında zərərçəkmiş Həbib Axundova borclu olmadığını da qeyd edib: "Həbibdən alınan pullar geri qaytarılıb".

Sonra zərərçəkmiş Fərman Məmmədov vəsatətlə çıxış edərək, işi ibtidai istintaqda araşdıran müstəntiqin şahid kimi çağırılaraq, dindirilməsini istəyib.

Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə iclası oktyabrın 18-dək təxirə salınıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Avropa Birliyində  Rusiyanı istəyirəm” - Nazir 26 Aprel 2019, 20:29 69 yaşlı Tovuz sakini itkin düşüb 26 Aprel 2019, 20:12 Mehriban Əliyeva: “Qala divarlarının görünüşünü heç nə kəsə bilməz” 26 Aprel 2019, 20:01 Bu halda dövlət rüsumu tətbiq olunmayacaq - Qanun dəyişdirilir 26 Aprel 2019, 19:55 “Belə halların olması normaldır” - Qəzaya düşən pilot 26 Aprel 2019, 19:44 Türkiyədə fabrikdə partlayış, ölü və yaralılar var 26 Aprel 2019, 19:35  İlham Əliyev  dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib 26 Aprel 2019, 19:24 Havada olan təyyarədən özünü atmaq istədi  26 Aprel 2019, 19:14 İnam Kərimov: Kooperativlərin yaradılması kənd təsərrüfatının inkişafı üçün çox vacibdir 26 Aprel 2019, 19:06 3 aylıq körpə  həkim  səhlənkarlığı nəticəsində öldü - Bakıda 26 Aprel 2019, 18:57 Formula 1-in ikinci sərbəst yürüşü başa çatdı 26 Aprel 2019, 18:50 İkinci sərbəst yürüşün qalibi bəlli oldu 26 Aprel 2019, 18:42 Qadın özünü qayadan ataraq intihar edib 26 Aprel 2019, 18:42 “Formula 1”: Rusiyalı pilotun maşını yanıb 26 Aprel 2019, 18:31 Rusiyada raket zavodu yanır - VİDEO 26 Aprel 2019, 18:25 Jurnalistika üzrə magistraturaya 16 nəfər sənəd verib 26 Aprel 2019, 18:16 Azərbaycan ilin sonuna qədər Rusiyaya avtomobil ixrac edəcək 26 Aprel 2019, 18:07 Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb 26 Aprel 2019, 17:56 Mehriban Əliyeva İçərişəhərə gəldi - Hadisələrlə yerində tanış oldu 26 Aprel 2019, 17:49 Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI 26 Aprel 2019, 17:37 Formula 1 pilotu da qəzaya düşdü 26 Aprel 2019, 17:35 İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi 26 Aprel 2019, 17:35 Formula 2-nin sıralanma turunda qalib bəlli oldu 26 Aprel 2019, 17:32 TEDxUNEC konfransı: “Azərbaycan. Lider. Tərəqqi” - MÜSAHİBƏ 26 Aprel 2019, 17:30 Manatın üç günlük MƏZƏNNƏSİ 26 Aprel 2019, 17:25 Fazil Mustafadan Fəzail Ağamalıya CAVAB: “Populizmdən yararlanmaq fikrindədir” 26 Aprel 2019, 17:18 Nazirlik Qaxda sayca 3-cü kooperativ yaratdı 26 Aprel 2019, 17:13 İlham Əliyev Niderland Kralına təbrik məktubu göndərdi 26 Aprel 2019, 17:13 Azərbaycana Rusiyadan quş əti gətirilməsinə məhdudiyyət qoyuldu 26 Aprel 2019, 17:10 Azərbaycanda ilkin əlillik təyinatları 49% azalıb 26 Aprel 2019, 17:09 İlham Əliyev provaslavları Pasxa bayramı ilə bağlı təbrik etdi 26 Aprel 2019, 17:07 Fəzail Ağamalı qaz və işıq limiti ilə bağlı iki deputatı “VURDU” 26 Aprel 2019, 17:05 Sabiq icra başçısı məhkəmə zalından azadlığa buraxılıb 26 Aprel 2019, 17:03 Azərbaycanlı rəssamın əsərinin dəyəri 500 min manat olaraq qiymətləndirilir 26 Aprel 2019, 17:01 Formula 1-də ikinci sərbəst yürüş başladı 26 Aprel 2019, 17:00