Modern.az

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

16 Oktyabr 2018, 18:07

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb.

Bu barədə Modern.az-a Fonddan məlumat verilib.

Qeyd edək ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.

Dünyanın mədəniyyət mərkəzlərindən sayılan Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsi 2002-ci ildə açılıb. Nizaminin obrazını Azərbaycan heykəltəraşı Qəyruş Babayev yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi ilə bağda Nizami Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolar qurulmuşdu. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin adı verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü