Modern.az

Səbuhi Məmmədli 3-cü gün yenə əməliyyat olunacaq  

Səbuhi Məmmədli 3-cü gün yenə əməliyyat olunacaq   

Aktual

22 Oktyabr 2018, 16:34

“3-cü gün Poltava vilayət xəstəxanasında kardocərrah Roman Ryabuşka tərəfindən ürəyimə daha iki stend qoyulacaq. Müayinələrin nəticələri qənaətbəxşdir”.

 

Modern.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Səbuhi Məmmədli Facebook səhifəsində yazıb.

O, qaraciyərində yaranan problemə görədə  müayinədən keçdiyini bildirib.

“Artıq qaraciyərimin müalicəsinə başlamışam. Bir az problemlər var, amma ciddi müalicə nəticəsində həllini tapacaq”


Tanınmış jurnalist qələmə alacağı mövzulardan da söz açıb:

“Burada yazmalı, araşdırmalı çox maraqlı mövzular var. İnşallah, səhhətim imkan verən kimi yazacam. Təki çap edən, yayımlayan olsun”

Qeyd edək ki, jurnalist bir müddətdir ki, səhhətində yaranan problemlərdən əziyyət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı