Modern.az

Test imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

Test imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ

Aktual

23 Oktyabr 2018, 11:28

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə oktyabrın 28-də keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildiriblər ki, buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı