Modern.az

“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb

“Qaçqınkom”un sədri Şüvəlandakı köçkünlərlə görüşüb

Aktual

14 Dekabr 2018, 13:39

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xəzər rayonunun Şüvəlan qəsəbəsində Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub.

 

Modern.az xəbər verir ki, məcburi köçkünlər mənzil-məişət problemləri barədə komitə sədrinə ətraflı məlumat veriblər. Onların müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.

 

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda həyat üçün təhlükəli və qəzalı binalarda məskunlaşmış, ən ağır şəraitdə yaşayan  məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsi barədə tapşırıq verib.

Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı