Modern.az

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu

Aktual

17 Dekabr 2018, 16:04

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Cinayət işində zərərçəkmiş şəxs kimi Əməkdar artist, müğənni Könül Kərimova da var.

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədi verib. O, bu işə görə, K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib.

Şikayət əsasında həbs edilən Məlahət Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı