Modern.az

“Deputatların hər biri onlara cavab verməlidir” - Siyavuş Novruzovdan ÇAĞIRIŞ  

“Deputatların hər biri onlara cavab verməlidir” - Siyavuş Novruzovdan ÇAĞIRIŞ  

18 Dekabr 2018, 13:12

“Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşənlər Azərbaycan haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca,  onlar bir az da üzərimizə gəlirlər. Kanalları, saytları açdıqca, bu gün dövlət quruculuğunda, inkişafında, ölkənin təhlükəsizliyinin, ictimai-siyasi sabitliyin qorunmasında xüsusi rolu olan şəxslərə, dövlətimizin qurucusu ümummilli lider haqqında olmazın təhqiramiz fikirlər söyləyirlər. biz niyə susmalıyıq?”.


Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, bir qrup deputat hesab edir ki, onlara cavab verməklə onların səviyyəsinə düşəcək:


“Bu mahnını 20 ildir ki, parlamentdə eşidirəm. Kim söz demək istəmir, bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər biri təhqir olunur. Onlara cavab vermək 3-5 adamın adına yazılmayıb. Ziyalı, alim, akademik, sıravi deputatların hər biri onlara cavab verməli, dövlət başısını, ümummilli liderini qorumalıdır. Biz onları başlı-başına buraxmışıq. Onlar nə milli azadlıq hərəkatında olub, nə döyüşlərdə iştirak edib, nə xalqın taleyüklü məsələrində fəaliyyət göstəriblər. Müxtəlif fikirlərlə aradan çıxıb gedib xaricdə, orda- burda oturub Azərbaycan haqqında təxribat aparırlar”.

Üzünü hüquq-mühafizə orqanlarına tutan S. Novruzov söyləyib ki, bir aylıq monitorinq aparıb nəticəni o ölkələrin aidiyyatı strukturlarının qarşısına qoysunlar:


“Sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış, silahlanmaqla bağlı fikir söylənilsə, dövlət başçıları təhqir edilsə, nə edərdiniz?. Almaniyada, Fransada kimsə dövlətə qarşı məqalə və yazı yazan kimi gecə ilə həbs edirlər. Amma Azərbaycan əlayehinə bu qədər çağırış edilir. O zaman niyə onları bəsləyirsiniz? Hüquq-mühafiqə orqanları İnterpol-a konkret sənədlər təqdim etməlidir”.


Deputat qeyd edib ki, hüquqi demokratik mübarizədən söhbət gedirsə, gəl mübarizəni apar: “Bu gün Azərbaycan kifayət qədər siyasi partiyalar var ki, onlar qanun çərşivəsində mitinq keçirir, etirazını edir. Demokratik mübarizənin yolu budur. Antidemokratik mübarizənin yolu isə hüquq-mühafizə orqanıdır. Bu məələ ciddi şəkildə həll olunmalıdır ki, başqaları onlara qoşulmasın. Deputatlar da bu məsələlərə mövqeyini bildirməlidir. Əgər onlar dövləti təhqir edirsə, bu bütün millət vəkillərinə də aid edilir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi