Modern.az

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

Festivalla bağlı Koordinasiya Komissiyasının iclası keçirildi

16 Yanvar 2019, 18:24

2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalına hazırlıqla bağlı görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədi ilə Koordinasiya Komissiyasının texniki görüşü keçirilib.

 

Görüşdə gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov və Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyasının sədri Corce Vişaçki (Djordje Visacki) və digər nümayəndələr iştirak ediblər. Artıq iki gündür ki, Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökuməti tərəfdən Avropa Olimpiya Gənclər Festivalına hazırlıq istiqamətində görülmüş işlərin yüksək səviyyədə olduqlarını bildirib, gələcək addımlarla bağlı fikir mübadiləsi aparıblar.

 

Eyni zamanda, Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, AMADA –dada (Azərbaycan Milli Antidopinq Agentliyi ) və yarışların keçiriləcəyi bir sıra idman arenalarında olublar. Görüş çərçivəsində akreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların idman arenalarına zamanında aparılıb gətirilməsi, nəqliyyat, təhlükəsizlik, dopinq yoxlamaları və yarışa dair digər mühüm əhəmiyyət kəsb edən mövzular müzakirə edilib. Avropa Gənclər Olimpiya Festivalı 20-28 iyul 2019-cu il tarixdə Bakı şəhərində baş tutacaq.

 

7 gün daqvam edəcək yarışın açılış mərasimi 21 iyul tarixdə gerçəkləşəcək. Bu günə qədər 49 Avropa Olimpiya Komitəsinin nümayəndə heyətinin rəhbəri (Chef de Mission) yarışa gələcəklərinə dair təsdiq veriblər. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaqlar. 12 idman arenasında 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir