Modern.az

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı

17 Fevral 2019, 15:00
Avstraliyalı Yen Aşer həyatından narazı olduğu üçün onu hərracda satışa çıxarıb.
 

Yenin dəlisov ideyası uğurla nəticələnib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı onu tərk etdikdən sonra depressiyaya düşən Aşer özünü evi, maşını və digər mülkləri ilə "eBay"da 1 dollara hərraca çıxarıb. Bundan başqa o, alıcını dostları və qohumları ilə də tanış edəcəyini bildirib. Həmçinin öz iş yerini də həmin şəxsə verəcəyini qeyd edib.

 

Bir həftə ərzində "Yen Aşerin həyatı"nın qiyməti 305 min dollara qədər yüksəlib. Pulları əldə etdikdən sonra "köhnə" həyatı ilə vidalaşaraq arzularının ardı ilə gedib.

 

Yen etiraf edib ki, həmişə səyahət etməyin arzusunda olub. Ancaq əvvəllər bunun üçün yetərli maddi imkanı olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi