Arxiv
19 mart 2019, 13:35 | AKTUAL
Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 18 mart 2019-cu ildə Almaniyanın paytaxtı Berlinə işgüzar səfər edib. 


Modern.az xəbər verir ki, H.Hacıyev səfər çərçivəsində Federal Kanslerin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yan Heker, Federal Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Tomas Baqqer və Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibertlə görüşlər keçirib.

 

H.Hacıyev eyni zamanda Almaniyanın xarici siyasət üzrə akademik dairələri ilə keçirilən dəyirmi masada iştirak edib, həmçinin Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının ildönümü ilə bağlı təşkil olunan 7-ci „Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri“ simpoziumuna qatılıb.

 

Görüşlərdə Azərbaycanın xarici siyasəti, Almaniya və Avropa İttifaqı ilə münasibətləri, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş fikir mübadiləsi aparılıb.

 

H.Hacıyev ölkəmizin mürəkkəb  geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil və milli maraqlara söykənən siyasət yürütdüyünü, işğalçı Ermənistan istisna olmaqla, öz qonşuları ilə mehriban qonşuluq münasibətləri yaratdığını, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu vurğulayıb, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, həyata keçirdiyi nəhəng regional layihələr, o cümlədən Cənub Qaz Dəhlizinin icrası, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən layihələr, eləcə də bu layihələrin və Azərbaycanın çoxvektorlu xarici siyasətinin regionda sülh, sabitlik, inkişaf və əməkdaşlığa verdiyi töhfələr barədə məlumat verib. O, həmçinin Ermənistanın hərbi təcavüzünün nəticələri, münaqişənin sülh yolu ilə həlli prosesinin gedişatı, eləcə də Ermənistanın yeni rəhbərliyindən olan gözləntilərimizi həmsöhbətlərinin diqqətinə çatdırıb.

 

Görüşlərdə Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə mövcud olan qarşılıqlı maraqlara söykənən konstruktiv əməkdaşlıq məsələləri, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika, Almaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu ədalətli mövqe və münaqişənin həlli prosesinə dəstək imkanları, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial imkanlar barədə ətraflı söhbət aparılıb. Almaniya rəsmiləri Azərbaycanı Almaniyanın regiondakı etibarlı tərəfdaşı, o cümlədən əsas iqtisadi tərəfdaşı adlandırıb, ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini yüksək qiymətləndirib və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları alqışlayıblar.

 

H.Hacıyevin Berlində keçirdiyi görüşlərdə, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov və səfirliyin əməkdaşı Vüqar Qafarov iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00 Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb 18 Aprel 2019, 17:51 400 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlandı 18 Aprel 2019, 17:42 Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb 18 Aprel 2019, 17:37 Manatın məzənnəsi dəyişir? 18 Aprel 2019, 17:33 Deputat seçiciləri ilə görüşdü 18 Aprel 2019, 17:32