Modern.az

Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib

Fransada «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib

Aktual

7 Fevral 2012, 11:43

Strateji Araşdırmalar Mərkəzinin Fransanın müxtəlif tədqiqat mərkəzləri ilə əməkdaşlığı çərçivəsində Fransanın məşhur “L’Harmattan » nəşriyyatında «Azərbaycan – Avropa iddialı ölkə» adlı kitab nəşr edilib. Azərbaycan və Avropa arasında münasibətlərin tarixindən və bugünündən bəhs edən bu əsər azərbaycanlı və fransız tədqiqatçıların, elm adamlarının müxtəlif mövzular üzrə apardığı əsaslı araşdırmaların yekun nəticəsidir.

Kitabda Avropa Azərbaycan münasibətlərinin tarixinə, Avropanın müxtəlif xalqları və ölkələri ilə iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib, Azərbaycanın Avropaya inteqrasiyası geniş təhlil edilib. Nəşrdə həmçinin o da qeyd olunur ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycan, Avropanın strateji tərəfdaşı olmuş, müstəqillik qazandıqdan sonra yenidən qərb və şərq arasında münasibətlər zəncirində tarixi körpü rolunu bərpa edib, Avropanın enerji tərəfdaşına çevrilib.

Kitabda yer alan tədqiqatlar müstəqillikdən sonra Azərbaycanın inkişaf xüsusiyyətləri, enerji resurslarının istehsalı fonunda ölkə iqtisadiyyatının perspektivləri və regional geosiyasi mühitdə Azərbaycanın xarici siyasət kursu haqqında müxtəlif mövzuları əhatə edir.

Kitabda Dağlıq Qarabağ münaqişəsinə, xüsusilə onun tarixinə mühüm yer ayrılıb. Regionda sülh və təhlükəsizliyin əsas təhdid mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin tarixinə, etnik münasibətlərin təkamülünə, münaqişənin həqiqi səbəblərinə xüsusi diqqət ayrılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı