Modern.az

Azərbaycanda 1-ci sinif şagirdlərinə bir həftə əlavə tətil veriləcək

Azərbaycanda 1-ci sinif şagirdlərinə bir həftə əlavə tətil veriləcək

Ölkə

10 Fevral 2012, 15:33


Son günlər havaların qarlı-şaxtalı keçməsi Azərbaycanda orta məktəblərin işinə mənfi təsir göstərib. Təhsil Nazirliyi ötən həftə məktəblərdə tədrisi bir neçə günlüyə dayandırsa da, bu həftə belə qərar verilmədi. Amma rəsmi qərar verilməsə belə, ölkənin əksər ümumtəhsil məktəblərində bu həftə də tədris iflic vəziyyətinə düşdü, şagirdlərin davamiyyəti zəiflədi.
Modern.az-ın məlumatına görə, son üç gündür Bakıda əksər məktəblərdə dərs keçilmir. Məktəblərə gələn az sayda şagird geri qaytarılır. Buna səbəb sinif otaqlarında qızdırıcı sistemlərin işləməməsi, elektrik enerjisinin kəsilməsidir. Valideynlər uşaqların xəstələnə biləcəyini nəzərə alıb, onları məktəbə göndərməkdən imtina edirlər.

Bəzi məlumatlara görə, hava şəraiti ilə əlaqədar orta məktəblərdə dərslərin dayandırılması məktəblilərin yaz tətilinə təsir edə bilər. Yəni indi tədris olmayan günlər məktəblilərin yaz tətili günlərindən çıxıla bilər.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov isə Modern.az saytına bildirib ki, son günlər tədrisdəki məcburi fasilənin yaz tətilinə təsiri olmayacaq. Yəni yaz tətili müddətinin dəyişdirilməsi ilə bağlı müzakirə aparılmır.
A.Əhmədov deyib ki, hazırki hava şəraiti ilə əlaqədar ölkə məktəblərində monitorinqlər aparılıb və lazımi göstərişlər verilib.

“Nazirlik tərəfindən rayon icra hakimiyyətlərinə və təhsil şöbələrinə hava şəraitinə uyğun hərəkət etmələri tapşırığı verilib. Bir müddət öncə istilik sistemi olmayan və ya həmin sistemi işləməyən məktəblərin şagirdlərinı, eyni zamanda uzaqda yaşayan şagirdlərə dərsə gəlməmək tövsiyyə edilmişdi.  Yəni bu cür hava şəraitində şagirdlərin dərsə gəlməyə məcbur edə bilmərik”.

Aydın Əhmədov eyni zamanda keçən həftə dərslərin 3 gün dayandırılmasının əvəzində başqa variantlar hesablanmalıdır. Müəllimlər özləri  dərs proqramını sıxlaşdırmaqla vəziyyətdən çıxmalıdırlar.

A.Əhmədov onu da deyib ki, bu il 1-ci siniflərə verilən əlavə qış tətili də təxirə salınmayacaq. Belə ki, fevralın 12-dən birinci sinif şagirdlərinə 6 günlük qış tətili veriləcək.

Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
6 gün payız tətili (12-17 noyabr), 7 gün qış tətili (30 dekabr – 5 yanvar), 8 gün yaz tətili (17-24 mart).
Birinci siniflər üçün 6 günlük (12-17 fevral) əlavə tətil də müəyyən edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı