Modern.az

Gələn ilin əvvəlindən pensiyalar artacaq - Səlim Müslümov

Gələn ilin əvvəlindən pensiyalar artacaq - Səlim Müslümov

10 Oktyabr 2012, 14:31

2013-cü il yanvar ayının 1-dən yaşa görə əmək pensiyaları artırılacaq . Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

“Pensiyaların artım məbləği Dövlət Neft Fondundan Dövlət Sosial Müdafiə Fonduna daxil olan vəsaitin məbləğindən aslı olacaq. Bu ilin inflyasiyasına uyğun olaraq indeks müəyyənləşdiriləcək. Aparılan müşahidə göstərir ki, əmək pensiyalarının sığorta hissəsi artıb. Bu da zəmin yaradır ki, pensiyaların baza hissəsinin artırılması üçün maliyyə mənbələri artırılsın. Bu da onu deməyə əsas verir ki, növbəti ildən əmək pensiyalarının bazası artırılacaq. Əmək pensiyalarında nə qədər artım olacağını demək mümkün olmasa da, ilin sonunda büdcənin hansı hissəsində artıqlıq olubsa, Sosial Müdafiə Fonduna nə qədər ehtiyac yaranacaqsa, pensiyaların da ona uyğun artımına imkan veriləcək”.

S. Müslümov bildirib ki, təqaüd alanların 99,4 %-nə pensiyaların çatdırılması plastik kartla həyata keçirilir .

Fond rəhbəri onu da qeyd edib ki, hazırda Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasına köçürülən pensiya məbləği 52 milyon manat olub. Fondun hesabında isə 65 milyon manat var.

S. Müslümov eyni zamanda oktyabr ayında rayon və kəndlərdə pensiyanın köçürülməsinin tezliklə həyata keçiriləcəyini də vurğulayıb.

Gültəkin Ələsgər 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı