Modern.az

İlham Rəhimov Azərbaycandan gedir

İlham Rəhimov Azərbaycandan gedir

Aktual

18 Yanvar 2013, 12:54

“Putinin dostu” kimi tanınan iş adamı, professor İlham Rəhimov Azərbaycanı tərk edəcək. Bu barədə Modern.az-a etibarlı mənbədən məlumat daxil olub. Bildirilib ki, son zamanlar verdiyi açıqlamaları haqqında geniş müzakirələrə səbəb olub. İlham Rəhimov Azərbaycanda həyata keçirmək istədiyi siyasi ambisiyalarının baş tutmayacağını anlayaraq geri çəkilmək qərarına gəlib. Azərbaycanda Rusiya prezidenti Putinin yaxın dostu kimi divident qazanmağa cəhd göstərən İlham Rəhimovun siyasi kariyerası iflasa uğrayıb.

Artıq əvvəllər Rəhimovun dostu olanlar da indi ondan uzaq gəzirlər. Mənbə bildirir ki, iş adamının Azərbaycandakı biznes fəaliyyəti də qapadılır. Mobil telefon monopolisti kimi tanınan İ.Rəhomovdan bu “imtiyaz” geri alınır.

Hətta Rəhimovun yenidən barışmaq üçün İlyas İsmayılova minnətçi düşdüyü də deyilir.

Bununla bağlı Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov Modern.az-ın suallarını cavablandırıb.

 İlham Rəhimovla barışmadıqlarını bildirən Etimad İsmayılov deyib ki, o, barışıq mesajı göndərməz: "Ən azı ona görə ki, mən İlham Rəhimovu tanımıram. O bilir ki, mən elə adam tanımıram. İnanmıram ki, İlham Rəhimov mənimlə barışmağa ehtiyac duysun. Mənim onunla heç bir şəxsi zəmində problrmim yoxdur. Ancaq onun apardığı siyasəti bildiyimdən onun bu siyasətinə qarşıyam. Xalqımızın əleyhinə olan siyasətin hər zaman qarşısında olacam”.

E.İsmayılov İlham Rəhimovun Azərbaycandan çəkilib gedəcəyi ilə bağlı məsələyə belə münasibət sərgiləyib:

“İlham Rəhimov Azərbaycanı tərk edir, yoxsa etmir bunu deyə bilmərəm. O, özü bilər, hara istəyi getsin. Vicdanı təmiz insan hər yerdə özünü rahat hiss edir. Azərbaycanda hər bir vətəndaş siyasətlə məşğul ola bilər. Bu, hər kəsin haqqıdır. Əsas məsələ odur ki, insanların hədəfləri və məramları açıq-aydın olsun. İnsan kim olduğunu açıq şəkildə cəmiyyətə göstəməlidir. Onun da siyasətə qoşulması uğurlu ola bilərdi, əgər insan öz nəfsini idarə edə bilsəydi. Əgər o vətəni üçün, milləti üçün çalışsaydı uğurlu olardı. Həzrəti Əli Əleyhisəlam bildirib ki, bir insanın başqa insan üzərində bir şeylə üstünlüyü ola bilər. O da şəxsi keyfiyyətləridir. Bu gün sənin 5 manat pulun varsa, o demək deyil ki, sən kimdənsə üstünsən”.

Ədalət Partiyasının rəsmisi İlham Rəhimovu “Putinin dostu” kimi qələb verilməsini ironik yanaşıb.

“Bəzi mətbu qurumlar İlham Rəhimovu az qala Azərbaycanın xilaskarı kimi göstərməyə çalışırlar. Azərbaycanda hər bir kəs atası ilə öyünür, başqası ilə yox. Adam özünü yüksək şəkildə təqdim etməyə çalışa bilər, amma insanlar şərəfli və şərəfsizləri ayırd edə bilirlər”.

 Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı