Modern.az

Mərkəz rəhbəri: Artıq çəki və piylənmədən daha çox qadınlar əziyyət çəkir

Mərkəz rəhbəri: Artıq çəki və piylənmədən daha çox qadınlar əziyyət çəkir

23 Aprel 2013, 10:36

“Azərbaycanda insanların 35,8%-i artıq çəkiyə sahibdir, 21,9% isə piylənmədən əziyyət çəkir və onların da çoxu qadındır”. Bu barədə Səhiyyə Nazirliyində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov məlumat verib. Modern.az xəbər verir ki, Mərkəz direktoru Azərbaycanda ölüm hallarının əsas səbəbi infeksion xəstəliklər olmadığını bildirib.

“Azərbaycan 2020 gələcəyə baxış” Milli Strategiya Planı”na uyğun olaraq, 2013-2020-ci illərdə qeyri-infeksion xəstəliklərlə mübarizə çərçivəsində aparılan müzakirələr zamanı Səhiyyə Nazirliyində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, qeyri-infeksion xəstəliklər əsasən tütün istifadəsi, artıq çəki və sağlam qidalanmamaqla bağlıdır: “Azərbaycanda tütün aludəçilərinin sayı 22,9%, gündəlik siqaretdən istifadə edənlərin sayı isə 21,3% təşkil edir. Siqaret çəkən kişilər qadınlardan 100 dəfə çoxdur. İctimai yerlərdə siqaretin tüstüsündən əziyyət çəkənlər isə 76,6%, qadınlar isə evdə 41,2%-dir. Kişilər arasında da spirtli içki qəbul edənlərin sayı qadınlardan çoxdur. Belə ki, kişilər arasında spirtli içki aludəçilərinin sayı 26,9%, qadınlar arasında isə 1,7%-dir”.

Gültəkin Ələsgər

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü