Modern.az

Gələcək psixoloqlar indidən cəmiyyətin nəbzini tutub - SÖHBƏT

Gələcək psixoloqlar indidən cəmiyyətin nəbzini tutub - SÖHBƏT

30 May 2013, 11:09

Son vaxtlar tez-tez ailədaxili münaqişələrin, intihar hadisələrinin şahidi oluruq. Bu cür halların çoxalması daha çox insanlarda psixoloji gərginliyin artması ilə xarakterizə olunur. Cəmiyyətdə insan psixikasına mənfi təsir edən, başqasının həyatına qəsd, intihar kimi hallar barədə Bakı Dövlət Universitetinin psixologiya və sosiologiya fakültəsində təhsil alan tələbələr görən nə düşünürlər?

Modern.az  əməkdaşı ilə söhbətdə gələcək psixoloqlar televiziyaları izləyən insanların eyni yaş qruplarında olmadığını deyir. “Yaxşı olardı ki bu cür kriminal hallar açıq-saçıq şəkildə efir məkanlarında işıqlandırılmasın. Hər hansı cinayət hadisəsi insan psixikasına mənfi təsir edir. Bir çox televiziyalarda sosial, siyasi xəbərlərdən daha çox kriminal xəbərlər yer alır. Bir növ, xəbərlərə yox, kriminal hadisələrə şahid oluruq. Psixikasında problem olan hər kəs özünü əbədiləşdirmək üçün o cür cinayət hadisəsi törədir. Bu mənada televiziya məkanlarında xəbərin psixoloji yükü çox ağırdır.”

Gənclər son vaxtlar bəzi şou nümayəndələrinin şəxsi həyatlarının çılpaqlığı ilə efir məkanlarını bəzəməsinin yaxşı hal olmadığını deyirlər. “Mənəvi aşınması olan ailələrin sərgilənməsi qeyri-sağlam düşüncənin formalaşmasına xidmət edir. Biz gənc olaraq kimi özümüzə kumir seçək? Efirdə Azərbaycanda natamam ailə modelinin mövcud olması təlqin olunur”.

BDU tələbələri deyir ki, Azərbaycan reallığında ailələrin çoxu psixoloqa müraciət etməyi özlərinə ar bilir. “Elə təsəvvür formalaşıb ki sanki psixoloqa müraciət edənlər yalnız ağlını itirən, dəli olanlardır. Psixoloq qəbuluna getməzdən öncə qorxu, utancaqlıq hissini aradan qaldırmaq lazımdır. Azərbaycan reallığında psixoloq yanına gedəndə təəccüblənirlər, falçı yanına gedəndə yox. Falçılar yönləndirmə baxımından çox güclü insanlardır. Bu səbəbdən də falçı yanına müraciət edənlərin sayı daha çoxdur. Yaxşı olardı ki, bu işdə də mətbuat falçıların reklamına yox, psixoloqlarla efir məkanlarını zənginləşdirsin.  sixikası olan istənilən varlıq psixoloqa müraciət etməlidir”.

Gənclərlə ümumi söhbətdən sonra psixoloji məqamlara sosioloq Üzeyir Şəfiyev də aydınlıq gətirdi. “Elə sosial mövzular var ki bu mövzuların KİV-də tirajlanması yolverilməzdir. Söhbət hadisənin mənəvi və psixi yükündən gedir. Elə hadisələr var ki onlar imitasiya gücünə malikdir. Bu cür hadisələr dərinləşib epitemik səciyyə yaradır”. Gənclərin sözünə qüvvət. Bəlkə, doğurdan da mətbuat olaraq susmalıyıq?

Hər halda, düşünməyə dəyər.


  Namidə BİNGÖL  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü