Modern.az

Səməd Səmədov beş yaşlı erməni qədər bilmir?

Səməd Səmədov beş yaşlı erməni qədər bilmir?

Aktual

14 Avqust 2013, 16:46

Fəxri adın sənət, intellekt göstəricisi olmadığı dəfələrlə isbatlanıb. Amma bu həqiqəti ən yaxşı təsdiq edən xalq artisti Səməd Səmədovun 2-3 aydan bir buraxdığı “quşlar”dır. Himnimizin müəlliflərini tanımayan “xalq artisti” bu dəfə “Xəzər”  televiziyasında canlı yayımda olarkən səviyyəsini bir daha nümayiş etdirib.

“Bizim gün” verilişində yay istirahətindən söhbət düşüb. Aparıcı digər qonaq Elmira Ələkbərzadədən harda istirahət edəcəyini soruşub. Elə bu vaxt ağsaqqal şirinlik eləmək istəyib: "Mən eşitmişəm ki, Elmira xanım bu yay Kəlbəcərdə dincəlmək fikrindədir". 

Əslində köşəni elə burdaca dayandırıb sizin yazacağınız şərhləri oxumaq istəyirəm. Yəqin ki, aydın olmayan bir şey də yoxdur. Amma beş yaşlı erməni də bilir ki, Ermənistan dövlətinin işğal etdiyi rayonlarımızın arasında Kəlbəcər də var. Yəni bu adam beş yaşlı erməni uşağı qədər də olmadımı?

Bütün vətəndaşlarımıza hörmətim böyükdür. Amma belə birisini övladının toyuna çağırıb 3-5 minindən keçən insanları başa düşmürəm. Hətta deyərdim ki, bundan sonra onu hansısa məclisinə çağırmaq onun elədiklərinin yarısına bərabərdir. Kimsə deyə bilər ki, burda nə var ki? Yəni müğənniyə sənətinə görə dəyər vermək lazımdır. Axı bunu sənəti də yoxdur. 5-6 il “ionika” çalmış birinə xalq artisti boyda şərəfli ad veriləndə başqa cür ola da bilməzdi. Bu bir daha onu göstərir ki, Mədəniyyət və Turizm Nazirliyi fəxri adların siyahısını hazırlayanda diqqətli olmalıdır. Ən azından bu adamlar ölkənin əsas atributlarını tanımalıdırlar. Təbii ki, nazirlikdə oturanların özləri həmin atributları doğru-dürüst tanıyırlarsa...

Yadınızdadırsa, bir dəfə Alla Puqaçovanın Bakıda verəcəyi konsert təxirə salınmışdı. Çünki etiraz edənlər olmuşdu bu konsertə. O da yadınızdadırmı, Əkrəm Əylislinin başına nə oyun açdılar. Təbii ki, hər şeydən öncə sadə vətəndaşların elədiklərin nəzərdə tuturam. Çox da uzaq tarix deyil axı... Hər iki faktda ermənipərəstlik məsələsi var idi. Bəs bu nədir?

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı