Modern.az

Milli Kitab Mükafatının qalibləri elan olunub

Milli Kitab Mükafatının qalibləri elan olunub

Təhsil

1 İyun 2010, 09:43
 Mayın 31-i  “Park İnn” hotelində Milli Kitab Mükafatı müsabiqəsində qalib gələn yazıçıların mükafatlandırma mərasimi keçirilib.

Tədbirin aparıcısı İlhamiyyə Rzayeva, müsabiqənin təşkilatçısı-“Əli və Nino” Nəşrlər Evinin rəhbəri  Nigar Köçərli və digərlərinin çıxışından sonra qaliblər elan olunub.
Birinci yeri Elxan Qaraqanın “A” romanı, ikinci yeri Əjdər Olun portret hekayələri, üçüncü yeri Fəxri Uğurlunun “Tanrı dağları” hekayələr toplusu və Samit Əliyevin “Sem şaqov v napravlenii zakata” povesti tutub. Birinci yerə 3000, ikinci yerə 2000,  üçüncü qerə 1000 manat mükafat verilib.

Gənclər və İdman Nazirliyi Əlabbasın “Qiyamçı” romanını, “Qarant” Sığorta Şirkəti Arzu Soltanın “Dəvətnamə” hekayəsini, “1news.az” saytı Eyvaz Əlləzoğlunun “Odunçu geri qayıdır” romanını fərdi qaydada mükafatlandırıb.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü