Modern.az

Mİlli Məclisdə arzu olunan 10 gənc

Mİlli Məclisdə arzu olunan 10 gənc

19 Avqust 2010, 16:49

Gənclərin İctimai-Siyasi Analitik Mərkəzi növbəti parlament seçkiləri ərəfəsində gənclərlə bağlı sorğu və analizlər aparıb.
Mərkəzdən Modern.az-a bildirlib ki, sorğu və analizlərin keçirilməsinin əsas məqsədi gənclərin seçkilərdə iştirak səviyyəsini öyrənmək, gələcəkdə parlamentdə görmək istədikləri gəncləri müəyyən etmək və seçkilərdən gözləntilərini öyrənməkdir.

Sorğu və analizlərin nəticəsi olaraq müəyyən olunub ki, gənclər bu parlament seçkilərini ötən illərdəkindən daha demokratik olacağına ümid edirlər. Eləcə də gənclərin parlamentdə daha çox təmsil olunacağına inanırlar.

Sorğulara və aparılan analizlərə əsasən gənclər aşağıdakı 10 gənc namizədi növbəti parlament seçkilərində qalib kimi görmək istəyirlər:

-         Əbülfəz Qurbanlı – Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin sədri;

-         Ramil Həsənov – Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri;

-         Ramin Hacılı – Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri;

-         Bəxtiyar Hacıyev – müstəqil gənc;

-         Ceyhun Osmanlı – "İrəli" İctimai Birliyinin sədri;

-         Vüsal Quliyev – Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi;

-         Vəfa Cəfərova – Dalğa Hərəkatının keçmiş rəhbəri;

-         Tale Heydərov – Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri;

-         Fərhad Məmmədov – "İrəli" İctimai Birliyinin təsisçisi;

-         Fuad Muradov – Gənclər Təşkilatları Milli Şurasının sədri.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı